Icma.az
close
up
RU
Donor luq maskası altında ticarət: Yumurta satan həkimlərin işbirliyi, QANUN HARADADIR? YENİLƏNİB

Donor luq maskası altında ticarət: Yumurta satan həkimlərin işbirliyi, QANUN HARADADIR? YENİLƏNİB

Icma.az bildirir, Lent az portalına istinadən.

Qadınların öz yumurtalarını satması məsələsi cəmiyyətin diqqətini cəlb edib.

Bu mövzuda hüquqi boşluqların olduğu deyilir. Bəs əslində vəziyyət necəsdir?

Milli Məclisin deputatı Fazil Mustafa Lent.az-a açıqlamasında bildirib ki, follikul “donor”luğu alver məqsədli edilirsə, mütləq qarşısı alınmalıdır: 

“Bu kimi məsələlər iki tərəfli müzakirə olunmalıdır. İnsanlar var ki, qohumluq əlaqəsi olmasa da, kiminsə övladının olması üçün belə bir addım atır. Təbii ki, bu niyyəti pul qarşılığında etmək olmaz. Amma övlada ehtiyacı olan adamın qarşısında da belə bir zərurət durursa, o, ödəniş etməyə özü maraqlı olur. Ona görə də bunu birmənalı qiymətləndirmək çətindir. 

Məhz fayda vermək üçün belə bir şey düşünülübsə, buna imkan yaradılmalıdır, lakin bunu alver məqsədli daimi iş prosesinə çevirirlərsə, mütləq qarşısını almaq lazımdır.

Qanunvericilikdə bu məsələ tam dəqiqliklə öz əksini tapmalıdır ki, sui-istifadə halları olmasın.

Xüsusi komissiya yaradılaraq, follikul donorluğu ilə bağlı konkret situasiyaya uyğun qərar verməlidir. Belə bir komisiya var, amma onun çevik işlək hala çevirilməsi çox önəmlidir. Əgər o öz işini çevik görərsə, vaxtında məsələyə operqativ münasibət mümkün olar. Çünki burada operativlik çox vacibdir”. 

***

26 may, saat 17:06

Sosial şəbəkələrdə “follikul donoru axtarılır” elanlarına rast gəlmək adi hala çevrilib. 

Bəs bu elanın arxasında dayanan reallıq nə qədər “normal” və hüquqi əsaslara söykənir?

300-500 manat müqabilində qadınlardan toplanan follikullar 5-10 min manat aralığında övladı olmayan şəxslərə satılır. İnsanın genetik materialı, sözün əsl mənasında, bazar malına çevrilir. 

Bu elanlar isə əksər hallarda tibbi qurumlardan və rəsmi icazələrdən kənar həyata keçirilir. Hətta bəzi mama-ginekoloqların bu prosesdə vasitəçi və ya bilavasitə iştirakçı olması da ciddi narahatlıq doğurur. Tibbi etikaya və insan hüquqlarına zidd olan bu halların nəzarətsiz qalması isə gələcəkdə daha böyük fəsadlara yol aça bilir.

Follikullarını satan qadınların əksəriyyəti maddi sıxıntı içində olan, hüquqi boşluqları və riskləri anlamayan insanlardır. Onların bədənindən alınan follikulların gələcəkdə kimə və necə köçürüləcəyi isə tamamilə qeyri-müəyyən və qeydiyyatsız şəkildə həyata keçirilir…

Lent.az xəbər verir ki, follikullarını satan şəxslərdən birinin sözlərinə görə, həkimlər ondan follikullarını aldıqdan sonra razılaşdıqları məbləği veribləyiblər:

“Tanınmış ginekoloqlardan biri süni iynələrlə follikullarımı normadan artıq şişirdib, bir neçə gün sonra “narkoz”la istədiklərini əldə etdilər. Sonda pulumu istəyəndə isə, mənə sərt reaksiya göstərdilər.

Mənim pula ehtiyacım olduğu üçün belə bir addım atdım. Həm əməliyyatla bədənimizi yaralayırlar, həm də haqqımızı tapdalayırlar”,-deyə zərərçəkmiş bildirib.

Sosial şəbəkə üzərindən follikul satışı ilə məşğul olan səhifələrdən birinə “Öz follikullarımızı satmaq istədiyimizi, pula ehtiyacımız olduğunu və bu barədə ətraflı məlumat vermələrini istədik”. 

Bizdən yaş, çəki və övladımızın olub-olmadığı, eləcə də öncədən donor olmağımızla bağlı məlumat aldıqdan sonra bu əməlləri ilə bağlı məlumat verməyə başladılar.

“Əvvəlcə sizin follikullarınıza ulturasəs müayinəsi ilə baxış keçiriləək. Əgər hər şey qaydasındadırsa, həkim 10 günlük iynələrlə onlar yetişdirdib, partlamasının qarşısını alacaq. 10-cu günün tamamında 10 dəqiqə ərzində cuzi narkoz verərək, şprislə follikullar sizdən götürüləcək. 

Bu follikullar hamilə qala bilməyən qadınlara köçürülür. Ümumi 500 manat dəyərində siz follikullarınızı başqasına ötürürsünüz”,-deyə bildirildi.

Sual verdik ki, bəs hansı klinikada və hansı həkimlər tərəfindən icra olunacaq? 

Bildirildi ki, bu, dəyişkən olur. 

“Bəs keçək əsas məsələyə, ödənişi nə zaman təhvil alacayıq?”,- Sualına isə əməliyyatın səhərsi kassaya yaxınlaşaraq ödənişinizi alacaqsınız, deyildi.

Görürən odur ki, Azərbaycanda qohum evliliyinə məhdudiyyətlər qoyulması üçün qanunlar qəbul edilir. Amma bu qədər ciddi genetik nəticələrə səbəb ola biləcək follikul alveri ilə bağlı hələ ki, ortada heç bir konkret qanun yoxdur. Bu isə gələcəkdə bacı-qardaş evliliyi, naməlum genetik xəstəlik daşıyıcılığı və irsi xəstəliklərin yayılması riskini artırır. Çünki burada nə donorun, nə də ondan istifadə edən tərəfin məlumatları vahid bazada toplanmır. Sistemli nəzarət olmadığı üçün bir qadının onlarla ailəyə genetik ana olması mümkündür.

Bu da o deməkdir ki, eyni genetik materialdan gələcəkdə heç tanımadan evlənən şəxslərin sayı arta bilər. Bunun nəticəsində isə genetik mutasiyalar, xəstəliklər və travmalarla dolu nəsillər formalaşa bilər…

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda follikul (yumurta hüceyrəsi) donorluğunu tənzimləyən xüsusi qanunvericilik mövcud deyil:

“Ölkədə orqan və toxumaların transplantasiyası ilə bağlı ümumi hüquqi çərçivə olsa da, bu normativ sənədlərdə follikul donorluğuna dair konkret müddəalar əksini tapmayıb.

Hazırda bu proses hüquqi baxımdan qeyri-müəyyən vəziyyətdə olduğundan, belə hallarla qarşılaşan şəxslərin mütləq şəkildə hüquqi məsləhət alması tövsiyə olunur”,-deyə qeyd olundu.

Məsələnin etik tərəfi də, ən az tibbi tərəfi qədər vəhşətlidir.

 Təsəvvür edin bir qadın genetik olaraq anadır, amma heç vaxt tanımayacağı uşaqları var… Bu hal nə qədər etik və insani dəyərlərlə uzlaşır?

Qanunvericilikdə boşluq, tibbi nəzarətsizlik və maarifləndirmənin yoxluğu bu problemiu gündən-günə dərinləşirdirir. İnsanın bədənindən, xüsusən də genetik materialından bu cür rahatlıqla istifadə edilməsi gələcək nəsillər üçün real təhdiddir. 

Mövzuya yenə qayıdacağıq. Bu istiqamətdə araşdırmalarımız davam edir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 May 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri