Icma.az
close
up
RU
Donorluq və orqanların transplantasiyası məsələsinə dövlət tərəfindən ciddi şəkildə nəzarət edilir

Donorluq və orqanların transplantasiyası məsələsinə dövlət tərəfindən ciddi şəkildə nəzarət edilir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"2024-cü il ərzində 300-dən çox müxtəlif orqan transplantasiya əməliyyatları icra olunub. Bunlar arasında böyrək və qaraciyər transplantasiya əməliyyatları üstünlük təşkil edir". Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, ölümündən sonra orqanlarını bağışlamaq üçün xüsusi formanı doldurub qeydiyyatdan keçən şəxslərin sayı keçən illərə nisbətən 3 dəfə artıb. Bu əvvəllər Azərbaycanda qəbul edilməyən bir prosedur olsa da, sonradan Azərbaycan cəmiyyəti də bu proseduru qəbul etməyə başladı.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu da əslində yaxşı bir göstəricidir, ölkədə insanların bir-birinə etimadı var və orqan donorluğu faktiki olaraq, yaxşı bir tendensiyada inkişaf edir.

Ramil Süleymanov / Foto: Bizimyol.info

Hüquqşünasın fikrincə, amma mütləq şəkildə bu məsələ diqqətə alınmalıdır və araşdırmalıdır ki, burada hər hansı 1 pul qarşılığında öz orqanlarını satmaqdan söhbət getməsin, çünki bu da birbaşa cinayət əməli sayılır.

“Qeyd edim ki, donorluq və orqanların transplantasiyası məsələsi “insan orqan və toxumalarının donorluğu və transplantasiya haqqında” Azərbaycan Respublikasının qanununa əsasən tənzimlənir. Bu qanun 2020-ci ilin 20 oktyabrında imzalanmış, qəbul olunmuşdur. Qanunda qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində olan tibb müəssisələrində orqan transplantasiya məsələsi icra olunur, həyata keçirilir. Yəni hər kəs o, cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də donor ola bilər. Qeyd edim ki, bu qanunun təsir dairəsinə meyitlər də düşür. Meyitlərdən hər hansı bir orqanların götürülməsi onların yaxın qohumlarının münasibəti əsasında həyata keçirilir və mütləq şəkildə meyit donorların anonimliyi qorunmalıdır.

Dövlətin burada əsas vəzifəsi odur ki, dövlət orqan transplantasiyası və ya orqan donorluğu icra edən, bu əməliyyatların icrasını edən tibb müəssisələrinə, özəl tibb müəssisələrinə lisenziya verir və onların fəaliyyətinə nəzarət edir, mütəmadi monitorinqini aparır”-deyə Ramil Süleymanov qeyd edib.

Hüquqşünas əlavə edib ki, qanuna görə donor orqanların və toxumaların siyahısı da qeyd olunur: “Mütləq şəkildə donorluq aparan, transplantasiya əməliyyatlarının icrası zamanı mütləq şəkildə və həkim transplantoloqun vəzifələrinə də fikir vermək lazımdır. Həkimin bunula bağlı təcrübəsi olmalıdır. Onlar bu işi icra etmək üçün səlahiyyətli olmalıdır. Mütləq şəkildə bununla bağlı öncədən məlumatlandırmalıdır”.

Ramil Süleymanov vurğulayıb ki, əgər hər hansı bir şəkildə, hansısa orqanların alqı-satqısından söhbət gedərsə, bu barədə mütləq şəkildə hüquq mühafizə orqanlarına da məlumat vermək öhdəliyi həm transplantoloqların, həm də zərərçəkmiş şəxslərin üzərində olan bir vəzifədir: “Burada transplantoloqların mütləq vəzifəsi ondan ibarətdir ki, onlara təqdim olunmuş orqanlıların mənşəyini bilməlidir. Həmin orqanların kim tərəfindən, nə cür təqdim olunmasının müvafiq qeydiyyatı aparılmalıdır”.

Hüquqşünas qeyd edib ki, ölkədə donor bankı formalaşır: “Belə ki artıq öz orqanlarını vermək istəyən şəxslər həmin o donor bankına müraciət etməklə, öz orqanlarının bağışlanmasını həyata keçirə bilərlər. Burada da eyni zamanda əsas monitorinq və yoxlama ondan ibarətdir ki, dövlət sonradan hər hansı  sövdələşmələri vaxtında müəyyən edə bilsin”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri