Icma.az
close
up
RU
Bakıda gecələr niyə avtobus işləmir? AYNA rəsmisi CAVAB VERDİ

Bakıda gecələr niyə avtobus işləmir? AYNA rəsmisi CAVAB VERDİ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Gec saatlarda daha az avtobusların işləməsi və ya intervalın uzun olması ilə bağlı narazılıqlar nəzərimizdədir. Lakin bütün müraciətləri dərhal təmin etmək mümkün deyil, çünki ictimai nəqliyyat xidmətini göstərən avtobusların bir çoxu dövlətə deyil, özəl şirkətlərə məxsusdur”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov bildirib.
“İctimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq məqsədilə cənab Prezident tərəfindən 19 sentyabr 2025-ci ildə “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalanıb. Fərmana əsasən, tətbiq olunacaq “brutto müqavilə” sistemi xidmət keyfiyyətinin artırılmasını və daşıyıcıların daha dayanıqlı fəaliyyətini təmin edəcək. Bu modeldə daşıyıcının gəliri sərnişin sayından deyil, müqavilə öhdəliklərinə əməl etmə dərəcəsindən asılı olacaq ki, bu da xidmət səviyyəsinin və hərəkət qrafikinin daha dəqiq təmin edilməsinə şərait yaradacaq”, - V.Məmmədov qeyd edib.

AYNA rəsmisinin sözlərinə görə, ödənişlər artıq sərnişin sayına görə deyil, qət edilən kilometrə görə hesablanacaq və bu, daşıyıcıları daha yaxşı xidmət göstərməyə təşviq edəcək.
“Eyni zamanda ictimai nəqliyyat xidmətin dayanıqlığı və əlçatanlığını təmin etmək üçün yalnız sərnişin ödənişləri hesabına deyil, həm də dövlət subsidiyaları vasitəsilə maliyyələşdiriləcək. Müqavilə öhdəlikləri pozulduqda cərimə mexanizmləri tətbiq olunacaq. Bu isə öz növbəsində daha sabit və keyfiyyətli xidmətin təmin edilməsinə imkan verəcək.

Qısaca desək, daşıyıcılar özləri gec saatlaradək və uzun məsafələrə işləməyə can atacaqlar. Artıq daşıyıcılar rentabelliyi düşünməyəcək, çünki subsidiya onların çəkdiyi artıq xərcləri qarşılayacaq. Bu mexanizmin işə salınması da gələn ildən planlaşdırılır. Hazırda marşrutlar üzrə son işləmə saatı fərqlənir - 22:00-00:30 aralığındadır. Əlbəttə Bakı saat 10-da yatmır və bir sıra istiqamətlərdə tələbata görə gec saatlaradək avtobusların işləməsi gərəkir.

Aylıq, illik və digər tip kartların, hətta bir marşrutdan digərinə keçəndə əlavə ödəniş çıxılmaması mexanizmi bir amilə bağlıdır - bütün avtobusların nağdsız ödəniş sisteminə keçidi. Yuxarıda qeyd olunan “brutto müqavilə” bu keçidi sürətləndirəcək, çünki həmin subsidiyanı almaq üçün paytaxt daşıyıcılarına 2 mütləq şərt qoyulub - elektrik və ya cng ilə çalışan avtobusların olması və eyni zamanda nağdsız ödəniş sistemi ilə təchiz olunması. Hazırda 85% avtobuslar nağdsızdır, yəni çox az həcmi bu sistemə keçirməyi qalıb”.
V.Məmmədov deyib ki, interval məsələsi də narahatlıq yaradır.
“Burada obyektiv səbəb - yoldakı sıxlıqdır və bu yöndə xüsusi zolaqlar hesabına kifayət qədər uğur qazanmağa müvəffəq olmuşuq. Zolaqlar olan istiqamətdə avtobusların sürəti pik saatlarda 2-4 dəfə artıb.

Qeyd edim ki, son 1 ildə Bakıda avtobus sayını 100 avtobus artırmaqla 2300-ə çatdıra bilmişik. AYNA yarananda paytaxda çalışan cəmi 1700 avtobus var idi. Bu sadəcə əlavə 600 avtobus alınması anlamına gəlmir, paralel köhnə avtobuslar da yeniləri ilə əvəzlənib. Hədəfimiz bu sayı 2800-ə çatdırmaqdır. Burada çətinlik təkcə avtobus alışı deyil, həmçinin sürücülərin hazırlanması da rol oynayır. 1 avtobusa təxmini 2.5 sürücü tələb olunur. AYNA-nın təlim tədris mərkəzi bu sürücüləri yetişdirir və qeyd edim ki, hazırda da sürücülərə tələb çoxdur.

Son 1 ildə Sumqayıt istiqamətində də xeyli irəlliləyiş əldə edə bilmişik. 594, 595, 500 marşrut xətlərini yaratmışıq, 503 marşrutun son dayanacağını 20 Yanvar metrosuna kimi uzatmışıq. Xırdalana E2 marşrutu açmışıq. E2 və 500 nömrəli marşrutların hər biri 7.000 sərnişin daşıyır. Sumqayıt, Saraydan paytaxta və geri 50.000 yaxın sərnişin daşımaq mümkün olub, Xırdalandan isə 60.000 sərnişin daşınır. Və bu artım prosesi davam edir”.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri