Icma.az
close
up
RU
Dopinqdə ilişən Mudrik yalan detektoru testindən keçirilib!

Dopinqdə ilişən Mudrik yalan detektoru testindən keçirilib!

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Ukrayna nəhəngi ''Şaxtyor''un direktorlar şurasının sədri Sergey Palkin noyabrda dopinq testdə ilişən və o vaxtdan bu yana meydana çıxa bilməyən ''"Çelsi''nin vingeri Mixail Mudrik ilə bağlı açıqlamalar verib.

''Football-plus.az'' xəbər verir ki, London nəhəngi bu futbolçunu 2022/23 mövsümünün qış fasiləsində ''Şaxtyor''dan ''70+30'' milyon avroya transfer etmişdi. Ancaq 24 yaşlı futbolçunun dopinqdən istifadə etdiyi sübuta yetirilsə, Donetsk klubu 30 milyon avroluq bonus paketini ala bilməyəcək. Ona görə də Mudrikin özünü təmizə çıxarması həm də ''Şaxtyor'' üçün önəmlidi. Palkini dinləyək:

''Mudrik indiyə qədər də nələr baş verdiyini və bu hadisənin onun başına necə gəldiyini anlamır. Bu məsələ ilə bağlı heç bir fikri yoxdu. Vəkilləri onun üçün hətta yalan detektoru testi hazırladılar və Mudrik həmin testdən uğurla keçdi. Bu, bir daha göstərir ki, o, dopinqi bilərəkdən qəbul etməyib. Bu, məhkəmədə sübut kimi istifadə olunacaq. Vəkillər yalan detektoru testinin cavablarının məhkəməyə təqdim olunması məsələsi üzərində çalışırlar. Bu transferdən əldə olunan gəlir çətin durumda olan Ukrayna futboluna da fayda verib. Klubumuzun sahibi Rinat Axmetov həm ''Şaxtyor''u, həm də Ukraynanı çox sevən insandı. Rusiya ilə müharibə başladığı vaxtdan bu yana Axmetov ölkə futboluna artıq 315 milyon avro yardım edib''.


Bütün bunlara baxmayaraq maddi durumu çox da ürəkaçan olmayan ''Şaxtyor'' indi də gözünü öz yetirməsi Georgi Sudakovun satışından əldə olunacaq məbləğə dikib. 22 yaşlı futbolçuya ''Napoli'' və ''Brentford'' maraq göstərir. Bu mövsüm 34 rəsmi oyunda 13 qol, 6 məhsuldar ötürməlik performans sərgiləyən Sudakovun transfer dəyəri 32 milyon avro civarındadı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Aprel 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri