Icma.az
close
up
RU
Dörd gündən sonra gürcülər ya avropalı olmağa qərar verəcək, ya da...

Dörd gündən sonra gürcülər ya avropalı olmağa qərar verəcək, ya da...

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kütləvi İnformasiya Vasitələri bu günlərdə Gürcüstan müxalifətinin Tiflisdə keçirdiyi mitinqdən geniş süjetlər və xəbərlər verdilər, amma heç kim bu mitinqlə bağlı "möhtəşəm” sözünü işlətmədi, baxmayaraq ki, bunu gözləyən yetərincədir, özü də təkcə Gürcüstanın özündə yox, hətta Cənubi Qafqaz bölgəsi içrə də yox, dünyanın, demək olar, çox yerində! 

Üstəlik, siyasi partiyaların seçki ərəfəsi reytinqi ilə bağlı keçirilən sorğular da elə də ürək açmır, demək olar, bütün soruğularda hakim partiya öndədir. Amma sıravi insanlar da, dünyanın demokratik mərkəzləri də, elə gürcü müxalifətinin özü də ümidlərini itirmir və artıq İvanişvili komandasının sonunun çatdığını güman edirlər. 

Nəyə ümid edir onlar? Deyərdik ki, əsasən Qərbin "sehrli siyasi çubuğu”na! Amma bu dəfə də işləyə biləcəkmi bu "çubuq”? Doğrusu, yaxın müddət üçün elə ümidli deyilik, çümki ən güclü "sehrli çubuq” gürcü seçicilərinin – vətəndaşlarının sərəncamındadır, amma onlar hələ bunu işə salmağı düşünmür və sakitcə gürcü hakimiyyətinin onların son illərdəki ən böyük nailiyyətinin – Avropa strukturlarına inteqrasiya sahəsində əldə etdikləri nailiyyətlərin üstündən necə xətt çəkdiyini seyr edirlər...

Doğrusu, bəndəniz, öz dərdi-sərimiz azmış kimi, Gürcüstanın problemləri üzərində çox düşünür, hərçənd, indi Avropa, ümumiyyətlə, Qərb təkcə Tiflislə böhran yaşamır, Azərbaycan-Avropa müstəvisində də soyuq küləklər əsir. Düşünürük ki, Gürcüstanın misalında problem bəlkə daha dərindir? Bəlkə gürcülər Avropa və avro-sentrizmlə bağlı bir növ məyusluq yaşayırlar? Mitinqdə gürcü prezidenti xanım Salome Zurabişvili dedi ki, onun nəvəsi dünyaya gəlib və adını da Qabriel qoyublar. Qabriel, səhv etmirəmsə, fransız mənşəli addır və buna görə də bu detal mənə çox maraqlı və hətta simvolik göründü. Düşündüm ki, əcəba, bəlkə gürcülər Qabriel olmaq yox, Şota kimi qalmaq istəyirlər? Axı bu kiçik xalq da böyük Avropanın içində ərimək istəmir! Amma o da var ki, onları Avropada belə təhlükə gözləyirmi? Düşünmürük və elə bu səbəbdən gürcülərin avropaçılıq konteksində əslində nə düşündüklərini hələ yəqinləşdirə və qəti bir nəticəyə gələ bilmirik. Bəlkə onlar da daha "sərbəst” olmaq, bəzi kiçik dövlətlər kimi dünyanın böyük geosiyasi qütbləri arasında "manevr” etmək istəyir? Axı bəzi geosiyasi təhlilçilərin qənaətinə görə, Gürcüstan da bir geosiyasi qütbə proyeksiya olunmağı yox, "geosiyasi ticarət” yapmağı düşünür! Ola bilər, amma bu vaxta qədər gördüyümüz budur ki, bu cür "ticarət”dən son halda heç də millətlər deyil, hakimiyyətlər udurlar.

Bilirsiniz, bəzən belə fikirlər səslənir ki, dünya böyükdür, o, təkcə Avropadan və ya Qərbdən ibarət deyil, üstəgəl, ən azı iqtisadi-texnoloji inkişaf da yalnız Qərbdə cəmləşməyib – dünyanın Çini, Rusiyası, nə bilim, ŞƏT-i, BRİCS-i, Avrasiya İqtisadi Birliyi, KTMT-si var! Bəli, formal məntiq baxmından belədir. Amma iki detal deyəcəm. 

Tayvan da çinlilərdən təşkil olunub, fəqət onlar Çinlə bir olmaq istəyirlərmi? Yox, yox, yenə də yox, çünki Çin böyük və çox varlı ölkədir, amma azad ölkə deyil, çinlilər gecə yatanda da Maonun kiçik kitabçasını başları altına qoyur, "yaşasın yoldaş Si!” deyirlər! Və yaxud da ukraynalılar Rusiya ilə birlikdə olmaq istəyirlərmi, axı onlar da slavyandırlar!.. 

Məsələ bundadır ki, qəti istəmirlər və Rusiya ilə Ukrayna arasındakı bu müharibə heç də on il bundan əvvəl, ya da Krımın Moskva tərəfindən anneksiyasından sonra başlamayıb, ukryanalılar bəlkə də yüz illərdir "kaçap”larla (səhv etmirəmsə, onlar rusları belə adlandırır!) mübarizə aparırlar! 

Odur ki, Avropa, Qərb hələ də cazibəsini itirməyib, çünki yalnız mədəsini düşünənlər üçün Asiyada da, Şərqdə də pis keçmir, amma ürəyini və beynini düşünənlər Qərbə, Avropaya can atırlar. Ümid edək ki, bu məkan qonşu Gürcüstançün də cazibəsini itirməyib, həftəsonu keçiriləcək seçkilərdə avropalı olduqlarını sübut edəcəklər və vaxtilə, sovetin çağlarında Con Lennonun ölümünə matəm saxlamalarının bir siyasi nadinclik, xüsusən də lovğa görüntü olmadığnı sübut edəcəklər. 

Əlbəttə, Avropa siyasətçilərilə də asan deyil, amma, vallah, Şərqdə birinci olmaqdansa, guya hansısa "ilk”lərə imza atmaqdansa, Avropada axırıncı olmaq daha məsləhətdir və düşünürük, gürcülər bunun fərqindədir. 

Hələliksə, gürcü müxalifəti ümidlərlə yaşayır, hakimiyyətisə oyun oynayır – bəli, "Gürcü arzusu” hakimiyyəti sonuncu "3+3” tədbirində də iştirak etmədi, guya bunlar Rusiyaya, Kremlə fors edirlər, halbuki yatanda da üzlərini Moskvaya tərəf çevirib yatırlar. Üzdə isə özlərini elə göstərirlər, guya bunların Rusiyayla "problemləri” var və nəzərə almırlar ki, beləcə Qərbin dəstəyindən məhrum olsalar, Rusiya onları da bir gün "hop” edib udacaq.

Hüseynbala Səlimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri