Icma.az
close
up
RU
Dörd milyonluq dələduzluqda təqsirləndirilən Nizami Alışanın məhkəməsində zərərçəkən ifadə verib

Dörd milyonluq dələduzluqda təqsirləndirilən Nizami Alışanın məhkəməsində zərərçəkən ifadə verib

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zeynal Usubov ifadə verib.

Zərəçəkmiş şəxs hüquqşünas olduğunu bildirib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib. Z.Usubov bildirib ki, qazanc əldə etmək məqsədilə kriptovalyuta ilə bağlı anlayışı olan birini axtarıb: "İnternetdə saytların birində Alışan Nizami ilə tanış oldum. Dostum da onu tanıdığını bildirdi. Sonra ona güvənərək 2022-ci ilin may ayında 440 min dollar, 2023-cü ilin yanvarında isə 545 min dollar olmaqla cəmi 945 min dollar pul verdim. O, mənə bunun müqabilində qazanc verəcəyini dedi. 2022-ci ildə verdiyim məbləğ qarşılığında ayda 7-8 min, 2023-cü ildə verdiyim pul məbləğində isə ayda 30 min dollar qazanc götürəcəyimlə bağlı vəd vermişdi. Mənə dedi ki, həmin pulu "İnvest.az"-a yerləşdirib, lakin problem yaranıb deyə pulu çıxarıb Amerikanın hansısa saytına yerləşdirib. Sonrası isə məlumdur".

Z.Usubov əlavə edib ki, Nizami Alışan ona pulun cüzi bir qismini qaytarıb: "Axırıncı dəfə 30 min və 15 min dollar pul verib. Ondan öncə isə 7-8 min dollar 3-4 ay ərzində pul verib. Verdiyim 400 min dolların şahidi yoxdur, amma sübutları var. Digər 500 min dollar üçün isə şahidim var. Şahid Ramin Talıbovdur. Ümumi məbləğlə - 900 min dollarla bağlı isə səs yazıları mövcuddur. Onları məhkəməyə təqdim etmişəm".

Daha sonra zərərçəkmiş şəxsin ifadəsi elan olunub.

Zərərçəkmiş Babək Məmmədzadənin vəkili Şahin Rəfiyev mülki iddia qaldırıb. Onun iddiası baxılmamış saxlanılıb.

Məhkəmə prosesi fevralın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

Xatırladaq ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Fevral 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri