Icma.az
close
up
RU
Dörd rayon BİR GÜN

Dörd rayon BİR GÜN

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Respublika səviyyəsində işıqlandırılması vacib olan 28 oktyabrda – Müzəffər Ali Baş Komandanın Sabirabad, İmişli, Cəbrayıl və Zəngilana səfərləri təkcə adıkeçən rayonlara səfər deyil, Zəfərsonrası dirçəlişin konkret mərhələlərinin açıq protokolları dəyərindədir. Sabirabaddan başlayıb İmişliyə, ordan Cəbrayıla və Zəngilana uzanan bu marşrut, bir tərəfdən kənd təsərrüfatının – çağdaş istehsalın, digər tərəfdən isə “qayıdış”, “yenidənqurma” və “yaşayış infrastrukturu” konseptlərinin canlı sınağına çevrilib.

Dövlət başçısının Sabirabada səfəri ilə açılan bu səhnə, məhz Azərbaycanın kənd təsərrüfatı, sənaye və yatırım siyasətinin yenidən qurulmasına işarə edir; lakin sonra İmişli, Cəbrayıl və Zəngilan kimi strateji bölgələrə keçid bu prosesin istehsaldan daha geniş məkana yayıldığını – savaşsonrası bərpa, logistik, energetik və sosial-mədəni rekonstruksiya yoluna çıxdığını göstərir.

Sabirabad: Kənd təsərrüfatı və sənaye harmoniyası

Sabirabadda Prezidentin iştirakı ilə “Humix” MMC-nin aqrokimyəvi istehsal müəssisəsi ilə tanışlıq baş verdi: rayonda 20,3 ha sahəni əhatə edən sənaye zonası üzrə artıq 100-dən çox iş yeri və 10 milyon manatdan çox yatırım vurğulanır. Müəssisə ildə 18 000 ton tutumu olan istehsal gücünə malikdir, əsasən orqanik-mineral gübrələr, maye və toz kimyəvi maddələr sahəsində fəaliyyət göstərir. 

Bu səfər təsadüfi deyil, əlbəttə. Əlbəttə, Sabirabad Azərbaycanın məhsul təchizatının təməlini təşkil edən bölgələrdən biri kimi çıxış edir. Burada kənd təsərrüfatı istehsalı ilə sənayeləşmənin sintezi “rəqəmsal təsərrüfat” və “yeni kənd” anlayışlarını gerçəkləşdirmək yönündədir. Eyni zamanda, bu model gələcəkdə digər Rəqəmsal Kənd və aqro-sənaye klasterlərinə – yəni eyni növ elementləri bir vahid kimi qəbul edən birləşmələrə örnək ola bilər.

Sabirabaddan alınan ismarıc nədir? – Bölgələrin “sönmüş” və ya “gələnəksəl” sahələri yenidən səmərəli və qlobal standartlara uyğun səviyyəyə çıxarılır. Bax bu, “yeni yol xəritəsi”nə xidmət edir.

İmişli və Cəbrayıl: İstehsaldan infrastruktura keçid

Rayonlarda istehsal yatırımları başlanğıc mərhələ olsa da, növbəti mərhələ – logistik, enerji və yaşayış infrastrukturunun formalaşmasıdır. 

İmişlidə səfər çərçivəsində çağdaş emal müəssisəsinin açılışı baş tutdu.  Bu, həm də “dəyər zənciri içində” əlavə dəyər yaradılması deməkdir.

Cəbrayılda isə daha geniş və strateji sahələrə diqqət yönəlib: “Şəms” və “Ufuk” Günəş Elektrik Stansiyalarının təməl daşları qoyulub, yeni yaşayış kompleksləri tikilir.  Bu, həm enerji müstəqilliyinə, həm də bölgənin bərpa prosesində “yaşayış məkanlarının yenidən doğuşu”na işarədir.

Bu mərhələdə diqqətçəkən məqam: işğaldan qurtulmuş bölgələrin yalnız “qayıdış zonası” kimi deyil, həm də “daha yüksəkyönlü məkan” kimi qurulmasıdır. Bu isə təməli düz çəkməklə bitmir, “yaşıl enerji”, “yaşayış kompleksi”, “sosial infrastruktur” və “gələcək istiqbala yatırım” anlayışlarını birləşdirir. Ali Baş Komandanın burada olması və diqqət yetirməsi o deməkdir ki, bu sahələr “təcili deyil, davamlı inkişaf” perspektivi ilə planlaşdırılır.

Zəngilan: Qayıdış, yaşayış və milli dirçəliş

Zəngilan səfərində açılış törənləri – tamamlanmış 104 mənzilli yaşayış kompleksindən, Ağalı və Məmmədbəyli kəndlərində yeni evlərin açılmasından ibarət oldu.  Burada “geri gəlmək” təkcə fiziki adlandırma sanılmamalıdır; söhbət, milli ruhun, kimliyin, yurda bağlılığın yenidən bərpasıdır.

Zəngilanda yaranan yeni məkanların simvolik yükü diqqətçəkicidir: məskunlaşma, sosial xidmətlər, çağdaş standartlı infrastruktur – bunlar Zəfərsonrası dönəmdə “yaşayışın yenidən qurulmasının vizual ifadəsidir. Bölgələrin uzun illər işğal altında olması, yox edilmiş kənd-şəhərlərin varlığı... bu səfəri daha dərin anlamlar ilə doldurur...

Burada həm də strateji aspekt var: bölgənin yenidən dirçəlişi yalnız yerli sakinlər üçün yox, yatırımçılar, bölgəsəl logistik həlqələr üçün çağırışdır – “Gəl, burada yeni başlanğıc qur” ismarıcı vardır. Ali Baş Komandanın açılış törənlərində iştirakı bunu bir daha vurguladı.

İnteqrativ inkişaf modeli

Bu səfərlər bir-birindən ayrı deyil, əsla; əksinə, zəncirvari, kompleks yanaşmanın tərkib hissəsidir. –

Sabirabaddan – sənaye və kənd təsərrüfatı klasterinə; 

İmişli və Cəbrayıldan – emal, enerji və infrastruktur şəbəkəsinə;

Zəngilandan – yaşayış, sosial-mədəni bərpa mərhələsinə keçid göstərilir.

Bax, bu yanaşmada üç əsas komponent önə çıxır:

-İstehsal və klasterləşmə – Sabirabad misalında: kənd təsərrüfatı yönümlü istehsalın sənaye müstəvisinə qaldırılması;

-Enerji-logistika-infrastruktur – Cəbrayıl misalında: Günəş enerjisi stansiyaları, yaşayış kompleksləri;

-Yaşayış və sosial bərpa – Zəngilan misalında: məskunlaşma, kəndlərin yenidən formalaşması, sosial xidmətlərin aktivləşdirilməsi.

Bu üç mərhələ bir-biri ilə bağlıdır: 

-sənaye sabit şəkildə gəlir gətirir, 

-enerji və logistik davamlı inkişaf təmin edir, 

-yaşayış və sosial komponent isə insanları geriyə qaytarır, kimliyi möhkəmləndirir.

Eyni zamanda, bu proses savaşsonrası mühitdə gerçəkləşir və bu, yalnız iqtisadi deyil – mədəni və fəlsəfi dönüşümdür. Qayıdış sadəcə evə gəlib yerləşmək deyil, təbii; bu, yeni həyat formasına, yeni identit hissinə, “yenidən qurulmuş Vətən” ideyasına qoşulmaqdır.

Mədəni-sosial harmoniya və idman

Bəli, bölgələrə səfərlər yalnız rəsmi açılış törənlərində başa çatmır. Onlar ulusla dialoq, bölgə ilə sinxronlaşma, həmçinin ümumi mədəni ruhun yenidən formalaşma platformudur.

Zəfər qazanıldıqdan sonra ən çətin məsələ dirçəlişin davamlı olmasıdır. Bu da topdan qurulan istehsaldan daha çox “yaşayış məkanı”, “sosial xidmət”, “kulturoloji və kimlik yönləri” və s. ilə bağlıdır. Ali Baş Komandanın səfərləri bunu vurğulayır: “Biz geri dönmürük ki, öncəki həyatımıza qayıdaq; biz yeni həyat, yeni standart, yeni kimlik qurub-yaradırıq”.

Beləliklə,

Ali Baş Komandanın bu səfərləri Azərbaycanın strateji yol xəritəsinin açıq nümayişidir: 

-Sənayeləşmə üstəgəl 

-Ləyaqətli yaşayışa qayıdış üstəgəl 

-Bölgənin yenidən dirçəldilməsi.

Bəli, biz yeni Azərbaycanın quruculuğu sürəcinə tanıqlıq edirik. Bir bölgədən başlayan yol başqa bir bölgəyə, o cümlədən işğaldan qurtulmuş yurd yerlərimizə uzanır və hər yerdə fərqli rəqəm, məkan, insan var...  Amma məqsəd birdir: Vətən coğrafiyadan üstündür – o, keçmişin izləri üzərində qurulmuş gələcəkdir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see408

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see170

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri