Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

DOST dan duaya, duadan Zəfərə Naxçıvan qeydləri Fotolar

DOST dan duaya, duadan Zəfərə Naxçıvan qeydləri Fotolar

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Hava limanında qeyri-adi qələbəlikdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Naxçıvan səfərinə bir neçə televiziya və saytın nümayəndəsi, xeyli sayda bloger dəvət olunub.

Jurnalistlər sakitcə çay içir, bəziləri mürgüləyir. Blogerlərsə tamam başqa ritmdədirlər: telefonlar, mini kameralar əldən düşmür. Kimi canlı yayım açır, kimi vloq çəkir, kimi də səfər hələ başlamamış ilk yayımlarını edir.

Arada zarafatlaşırıq. Mövzu isə heç də ürəkaçan deyil.

İsraillə İran arasında gərginliyin artdığı, hətta atom bombası barədə qorxulu xəbərlərin dolaşdığı bir vaxtda İranla həmsərhəd Naxçıvana uçmaq zarafat üçün kifayət qədər material verir.

Nəhayət, təyyarəmiz sağ-salamat Naxçıvan hava limanına enir. Elə bilirik ki, İranla bağlı söhbətlər də bununla bitdi.

Elə bu vaxt telefonuma "Azercell"dən mesaj gəlir:

“İrana xoş gəlmisiniz!”

Səhərdən dilimizdən düşməyən İran, axırda özü bizi “salamlayır”.

Naxçıvana DOST gəlib

İlk dayanacağımız Naxçıvan Regional DOST Mərkəzidir.

Müasir bina, geniş xidmət zalları, texnoloji imkanlar, vətəndaşların rahatlığı üçün hər cür şərait…

Bu ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılmış mərkəzdə 164 növ sosial xidmət göstərilir.

Pensiya, sosial müavinət, məşğulluq, əlillik, reabilitasiya və digər məsələlərlə bağlı müxtəlif qurumların qapısını döyməyə ehtiyac qalmır. Xidmətlər bir məkanda cəmləşib.

Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə mərkəzin fəaliyyəti barədə məlumat verir. Gənc nazir səlis danışığı ilə DOST-un aydın portretini yaradır. Bu portretdə gələcək planlara da yer var: xidmətlərin əhaliyə əlçatanlığını artırmaq üçün muxtar respublikanın rayonlarında da DOST xidmətlərinin yaradılması nəzərdə tutulur.

Mərkəzlə tanışlıq zamanı Daun sindromu olan balaca bir uşaq hamının diqqətini çəkir. Şirin, mehriban, hərəkətli uşaq ətrafındakılarla asanlıqla ünsiyyət qurur. Nazir də ona xüsusi nəzakət və qayğı ilə yanaşır.

Uşaq hamı ilə mehriban davransa da, anasına qarşı amansızdı. Hərdən onu itələyir, öz bildiyini etmək istəyir. Ana isə heyrətamiz səbirlə gülümsəyir, əzizləyir...

Tənhalıqla qayğı arasında

Növbəti dayanacağımız Şahbuz rayonundakı çətin həyat şəraitində olan şəxslər üçün sosial reabilitasiya müəssisəsidir.

Bir qədər əvvəl müasir texnologiyalardan, elektron xidmətlərdən, gələcək planlardan danışırdıq. Burada isə insanın ən sadə, amma bəzən ən əlçatmaz ehtiyaclarından biri ilə üz-üzə gəlirik: qayğı və ünsiyyət.

Müəssisənin sakinləri müxtəlif taleli insanlardır. Kiminin övladı, yaxın qohumu yoxdur, kimisi isə müxtəlif səbəblərdən ailə qayğısından məhrum qalıb.

Onlar üçün yaxşı şərait yaradılıb. Rahat otaqlar, gündəlik qidalanma, tibbi və sosial xidmət… Sakinlərin qayğısına qalan gülərüz əməkdaşlar.

Ən gənc sakini ən ağır xəstəliyi olan bir qızdı. O, əlil arabasından bizi heyrətlə süzür. Qonaqların gəlişindən məmnun görünür.

Sakinlər arasında maraqlı həyat hekayəsi olan insanlar da var.

1951-ci ildə Bakıda anadan olmuş Violetta Çernışova Pyatiqorsk Dövlət Xarici Dillər İnstitutunda fransız və ingilis dili müəllimliyi ixtisası üzrə təhsil alıb, uzun illər müəllim işləyib.

Artıq 25 ildir bu müəssisədə yaşayır, toxuculuqla məşğul olur.

25 il…

Görəsən, o, kimisə gözləyirmi? Yoxsa illər keçdikcə insan gözləməkdən də yorulur?

Amma bəlkə də Violetta heç kimi gözləmir. Gününü dolduran məşğuliyyəti, ünsiyyət qurduğu insanlar, alışdığı həyat var.

Jurnalistlər sakinlərlə söhbətləşirlər. Həyat hekayələri danışıldıqca həm sakinlər kövrəlir, həm də sual verən jurnalistlər.

Bu mənzərə məni düşündürür. Görəsən, biz belə insanlara həddindən artıq həssas, bəzən də yanlış yanaşmırıq ki?

Nədənsə, ahıllar və sosial xidmət müəssisələri haqqında danışanda ilk növbədə kimsəsizlik, tərk edilmək, doğmalarından ayrı düşmək yada düşür. Halbuki belə müəssisələrə yalnız bu prizmadan baxmaq doğru deyil.

Türkiyədə və bir çox başqa ölkələrdə yaşlı insanlar üçün baxım evləri fəaliyyət göstərir. Yaş artdıqca insanın gündəlik qayğıya, tibbi nəzarətə, ünsiyyətə ehtiyacı da artır. Bəzən bir ahıl insanın evdə baxımı bir neçə ailə üzvünün daimi məşğuliyyətinə çevrilir. Üstəlik, evdə nə qədər qayğı ilə əhatə olunsa da, özünü tənha hiss edən yaşlılar az deyil.

Baxım evlərində isə həmyaşıdlarla ünsiyyət, müxtəlif məşğuliyyətlər, birgə vaxt keçirmək imkanı var. Əlbəttə, bunun üçün şərait və xidmət yüksək səviyyədə olmalı, orada yaşamaq insanın öz seçiminə çevrilməlidir.

Bəlkə də biz belə yerlərə yalnız kimsəsizlərin sığınacağı kimi yox, ahılların daha rahat və fəal yaşaya biləcəyi sosial mühit kimi baxmağı öyrənməliyik.

DOST-dan duaya…

Buradan ayrılıb Əshabi-Kəhf ziyarətgahına gedirik.

"Qurani-Kərim"də bəhs edilən mağara əhlinin hekayəsi ilə əlaqələndirilən bu müqəddəs məkana insanlar əsrlərdir ümid və arzularla üz tutur, dualarının qəbul olunacağına inanırlar.

Yamacla zirvəyə doğru qalxdıqca qayalar səni hər tərəfdən ağuşuna alır. Sanki dərin bir quyunun dibindəsən. Başını qaldıranda yuxarıda, qayaların arasından bir parça səma görünür. Pillələrlə qalxdıqca o səma genişlənir, qayalar aralanır. Hər addımda sanki dərinlikdən xilas olur, qapalı bir dünyadan azadlığa doğru yüksəlirsən.

Yolboyu nəzir qutuları, dua edilən yerlər var. Kimisi açıq məsciddə dua edir, kimisi mağaraya bənzər oyuqda qayaya daş yapışdırmağa çalışır. İnanca görə, daş yapışarsa, dilək qəbul olunacaq.

Əsas mağarada isə çoxları yuxarıdan bir damcı su düşməsini gözləyir. Səbirlə dayanır, ürəyində duasını edir, Tanrıdan bir işarə gözləyir. İnanırlar ki, damcı düşərsə, deməli, duaları qəbul olunub.

Burada DOST Mərkəzində anasına şıltaqlıq edən uşaq, Şahbuzdakı müəssisədə 25 ildir yaşayan Violetta Çernışova, əlil arabasında bizi diqqətlə süzən gənc qız gözümün önünə gəlir.

Görəsən, onların dualarında nə var?

Özümüz üçün nə qədər çox şey istəyirik. Sağlamlıq, uğur, rahatlıq, təhlükəsizlik…

Bəlkə də o insanların ən böyük arzusu bizim gündəlik həyatımızda fərqinə belə varmadığımız adi bir xoşbəxtlikdir.

…Bilmirəm, proqramı hazırlayanlar bunu düşünüblər, yoxsa təsadüfən belə alınıb: səfərimiz DOST-la başlayıb, duaların qəbul olunduğuna inanılan məkana qədər uzanır.

Duadan Zəfərə…

Günün sonunda Heydər Əliyev Sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş inklüziv konsertə qatılırıq.

Səhnədə Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarıdır. Onların ifaları, musiqini duymaq və çatdırmaq bacarıqları heyranlıq doğurur.

Gözləri görməyən ifaçılar Vətənin hər dağını, daşını, gözəlliyini elə gözəl, elə ürəklə vəsf edirlər ki… Bir qolu olmayan gənc ifaçı isə Zəfərin möhtəşəmliyinə sanki bütün varlığı ilə sarılır.

Küşvər Əliyevanın ifasında “Sən qalibsən”, Nemət Qubadovun səsində “Cənnətim Qarabağ” səslənir. Sabir Rüstəmxanlının sözlərinə bəstələnmiş “Zəfər mahnısı”nı isə Mərkəzin benefisiarları birlikdə oxuyurlar.

Əməkdar artist Fərqanə Qasımovanın da onlarla eyni səhnəni bölüşərək “Qarabağ” mahnısını ifa etməsi konsertə xüsusi rəng qatır.

Amma məni ən çox heyrətləndirən yalnız bu möhtəşəm ifalar deyil. Bu insanların tapılması, istedadlarının üzə çıxarılması, onlarla işlənilməsi və səhnəyə gətirilməsidir. Bunun arxasında nə qədər zəhmət, səbr, diqqət və qayğının dayandığı aydındır.

Bu səhnədə onlar qayğıya ehtiyacı olan insanlar kimi yox, öz istedadları ilə başqalarına sevinc və qürur bəxş edən sənət adamları kimi görünürdülər.

Bəlkə də inklüzivliyin ən gözəl nümunəsi elə budur: insanlara yalnız kömək etmək yox, onların bacarıqlarını üzə çıxarmaq, özlərini ifadə etmələrinə imkan yaratmaq.

Konsert başa çatır. Həzin, narın yağışlı Naxçıvanın geniş, sakit, hüzur dolu küçələrini arxada qoyub tıxaclı, daim harasa tələsən Bakıya üz tuturuq.

Elə bu vaxt xəbər gəlir: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günündə Bakıya gəlməyi planlaşdırdığını açıqlayıb.

Söhbətin mövzusu dərhal dəyişir. Bir neçə dəqiqə əvvəl səhnədəki ifaçıların istedadından, insan talelərindən, qayğıdan danışırdıq. İndi isə Azərbaycan-Türkiyə münasibətləri, son günlərin siyasi gərginliyi müzakirə olunur.

Naxçıvanda bir gün ərzində insan həyatının ən sadə həqiqətlərinə toxunduq. Bakıya qayıdarkən isə dünyanın mürəkkəb həqiqətləri yenidən bizi haqladı - Adamın üzünə şapalaq kimi dəyən soyuq külək və buz kimi yağışla...

Elçin

Bakı-Naxçıvan-Bakı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Noyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri