Icma.az
close
up
RU
Şəhidlərin izində: Apreldən Zəfərə Naxçıvan Dövlət Universitetində tədbir

Şəhidlərin izində: Apreldən Zəfərə Naxçıvan Dövlət Universitetində tədbir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 8 aprel, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunan “Şəhidlərin izində: Apreldən Zəfərə” adlı tədbir keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

NDU-nun rektoru Elbrus İsayev Aprel döyüşlərinin tarixi hadisə kimi Qələbəyə aparan yolun başlanğıcı hesab edildiyini söyləyib: “Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib və biz daim şəhidlərimizi böyük ehtiramla xatırlamalıyıq. Bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. Nəhayət, həmin gün gəlib çatdı və xalqımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edərək şanlı Qələbəmizin qazanılmasına nail oldu”.

Tədbirdə NDU-nun Təcrübə və məzunlarla iş bölməsinin müdiri Aynurə Seyidova, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, ehtiyatda olan polkovnik-leytenant Aqşin Məmmədov çıxış ediblər. Qeyd edilib ki, Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən tarixi hadisədir.

Sonra şəhid Rasim Məmmədovun, Qabil Orucəliyevin, Fuad Əlizadənin, Emin Sadiqovun, Elnur Zeynalovun ailə üzvləri və qazilər çıxış edib, igid oğullarımızın qəhrəmanlıq nümunələrindən, Vətən sevgisindən, müasir Azərbaycan Ordusunun gücündən, texniki imkanların yüksək səviyyədə olmasından danışıblar.

NDU-nun nəzdində İngilis dili təmayüllü gimnaziyanın direktoru Nazim Rəhimov bildirib ki, gimnaziyada ilk dəfədir tələbələr təcrübə keçir və onların şəhidlərimizə həsr olunan tədbir təşəbbüsləri təqdirəlayiqdir. Nazim Rəhimov universitetin Təcrübə və məzunlarla iş bölməsinə, təcrübəçi tələbələrə təşəkkürünü bildirib və tədbirdə iştirak edən şagirdlərin hər birinə uğurlar arzulayıb.

Tədbir gimnaziyanın şagirdlərinin təqdimatında bədii səhnə kompozisiyası və qiraətlərlə davam edib. “Fəryad” filmindən səhnəcik, “Onların səsi” adlı videotəqdimat, Xudayar təsnifi ilə “Zəfər yolu” videoçarxı təqdim edilib, kamançanın müşayiəti ilə “Mən şəhidəm” monoloqu, xor və ansamblın müşayiəti ilə “Qarabağ, can Qarabağ” musiqisi ifa olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri