Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur... Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyulun 30-u Xətai rayonunda bıçaqlanaraq öldürülən Orxan Yusubovun və qətldə şübhəli bilinən keçmiş işçisi Sabir Camalovun birgə çəkilmiş görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bir neçə ay əvvəl çəkildiyi bildirilən videoda keçmiş dostların mehriban münasibətdə olmaları açıq görünür.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü O.Yusubov Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində qətlə yetirilib. O, “Seaside estate” şirkətinin rəhbəri olub.
Mərhumun qardaşı Elcan Yusubovun verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov onun qardaşının keçmiş işçisi imiş. Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə “Sabir Əmlak” adlı şirkətini qurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 17 Avqust 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















