Icma.az
close
up
RU
Biri səsinin gücünü yoxladı, digəri isə qolunun... VİDEO

Biri səsinin gücünü yoxladı, digəri isə qolunun... VİDEO

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

MMA döyüşçümüz Məhəmmədəli Nuruşovun özbəkistanlı rəqibi Şahzod Uzoqov ilə qarşılaşarkən onun səsindən diksinməsi bir neçə gündür sosial şəbəkələrdə gündəmə çevrilib. 

Hətta çoxsaylı izləyiciləri olan səhifələr də sözügedən görüntüləri tirajlayır, bir növ "qalib"in artıq bəlli olduğunu deyirdilər. 

Görünür, özbəkistanlı rəqibin oyundan öncəki hərəkətində məqsəd psixoloji üstünlük qazanmaq olub. Lakin bu, azərbaycanlı rəqibini qorxutmaqdan çox cəsarətləndirib. 

Məhəmmədəli Nuruşov bunun ani refleks olduğunu hər kəsə sübut etməli idi. Həqiqətən də o, bunun ölüm-qalım məsələsi olduğunu və karyerasında ciddi nəticələrə səbəb olacağını yaxşı bilirdi. 

Bir şeyi də xatırladım ki, hər zaman dəmir alıb-satanlar qışqırıb, qızıl tacirlərindən səs çıxdığını görməmişəm. Nədənsə, bu qışqırmağı da o məsələ oxşatdım. 

Gözlənilən görüş isə dünən - fevral ayının 1-də Daşkənd şəhərində keçirilən "Octagon 84" turnirində gerçəkləşdi. Onlardan biri səsinin gücünü yoxladı, digəri də qolunun gücünü...

Döyüş gözlənildiyi kimi dramatik, gərgin və yüksək tempdə keçdi. Uzoqov bir neçə epizodda rəqibini real təhlükə qarşısında qoysa da, sonda soyuqqanlılıq və taktiki intizam qazandı. Nuruşov rinqdə özbək rəqibinə texniki nokautla qalib gəldi. Bununla da rəqib ilk rəsmi məğlubiyyətini aldı. 

Sözsüz ki, idmanda hər şey ola bilir. İllərin güləşçisi gözlənilmədən məğlub olur, 8 qat dünya çempionu hansısa tanınmayan idmançıya uduzur, favorit futbol klubu özündən qat-qat zəif komandaya qol vura bilmir və s. Bu qarşılaşmada da həmçinin tam fərqli bir tablo görə bilərdik. Amma heç kim unutmasın ki, Azərbaycan öz sözünü həmişə masada və döyüş meydanında deyib!

Döyüşdən sonra MMA döyüşçümüzün açıqlaması da diqqət çəkib: "Məni ələ salanlara minnətdaram. Onlar olmasaydı, bəlkə də bu səviyyədə motivasiya ilə döyüşə girməzdim. Allaha şükür ki, qalib gəldim. Məqsədim növbəti döyüşümdə yenidən qalib gəlmək və bayrağımızı bir daha yüksəltməkdir. Mən Azərbaycan xalqını sevirəm". 

Nuruşov əmin olsun ki, bəlkə də Azərbaycan xalqının əksəriyyəti onu tanıdı, sevdi və həmin qarşılaşmada öz döyüşçüsünün qalibiyyətinə inandı. Çünki bu xalq inananda, bir şeyə ümid bağlayanda yuxular da gerçək olur!

Ağarza Elçinoğlu 



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:507
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Fevral 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri