Icma.az
close
up
RU
Dostluq qrupunun üzvü:

Dostluq qrupunun üzvü:

Icma.az bildirir, Modern.az portalına istinadən.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanda səfərdədir.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirib, 10-dan artıq sənəd imzalanıb. Bakıda, həmçinin Azərbaycan-Pakistan biznes forumu keçirilib, liderlər forumda çıxış ediblər.

Şahbaz Şərifin səfərini Modern.az-a şərh edən Azərbaycan-Pakistan Parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, Pakistan Baş nazirinin səfəri münasibətlərə yeni nəfəs verəcək:

"Pakistan azsaylı müsəlman dövlətlərindəndir ki, Azərbaycana ən çox dəstəyini ifadə edib. Müsəlman ölkələrinin bəziləri Qarabağ müharibəsi dövründə Azərbaycanın yanında olub, bəzi dövlətlər isə mövqesiz qalıb. Bəzi dövlətlər isə Ermənistana dəstək verdilər. Pakistan Azərbaycanın yanında olmağa, ona dəstək verməyə hazır olduğunu ifadə etdi. Bu, olduqca önəmli dəstək idi. Bizim hərbi, mədəni və iqtisadi sahələrdə əlaqələrimiz mövcuddur. Bu əlaqələr bu gün yaranmış münasibətlər deyil. Ötən əsrdə Pakistanda vəba xəstəliyi yayılarkən Hacı Zeynəlabdin Tağıyev öz dəstəyini göstərmişdi. Zəlzələ baş verdiyi zaman Mehriban Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondu bu prosesə öz mövqeyini bildirmiş, addımlarını atmış, dəstəyini göstərmişdi. Bu gün də əlaqələr davam edir. Biz deyə bilərik ki, Azərbaycan-Pakistan əlaqələri özünün ən şanlı, şərəfli dövrünü, mərhələsini yaşayır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan-Pakistan əlaqələri daha da irəliyə doğru inkişaf edir. Pakisytan Baş nazirinin Azərbaycana səfəri önəmlidir. Artıq Pakistan Baş naziri və rəsmilərinin Azərbaycana səfərləri əsasında əlaqələrimizi gücləndiririk. Azərbaycan bu yaxınlarda Pakistandan təyyarələr aldı. Bu təyyarələr yüksək göstəricilərə malikdir. Pakistan Vətən Müharibəsi dövründə Ermənistanla heç bir diplomatik əlaqələr qurmayan ölkədir. Bu səfər və görüş də əlaqələrimizin inkişafına yeni bir nəfəs və dəstək olacaq".

C.Məmmədov söyləyib ki, iki ölkə arasında olduqca sıx parlamentlərarası əlaqələr mövcuddur:

"Bu sahədə dövlətlər sıx əməkdaşlıq edir. Parlament sahəsində Türkiyənin də iştirakı ilə  "Bakı Bəyannaməsi" imzalandı. Bu gün Azərbaycan parlamentində ən böyük işçi qruplarından biri Azərbaycan-Pakistan Parlamentlərarası dostluq qrupudur. Bizim çoxlu sayda həmkarımız bu qrupda üzv olub və fəaldırlar. Tez-tez qarşılıqlı səfərlər olur. Bu günlərdə Azərbaycanda Asiya Paralament Assembliyasının növbəti sessiyası oldu. Pakistan ən böyük heyətlə, hətta sədr səviyyəsində belə tədbirdə təmsil olundu. Parlament sədri hörmətli Sahibə xanımla görüşlər, əməkdaşlıq müzakirələri aparıldı.Bütün bunlar əməkdaşlığımızın inkişaf etdiyini göstərir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Fevral 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri