Icma.az
close
up
RU
Dostluqdan düşmənçiliyə: İran və ABŞ nin 80 illik gərgin tarixi

Dostluqdan düşmənçiliyə: İran və ABŞ nin 80 illik gərgin tarixi

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran və ABŞ arasında münasibətlər müasir beynəlxalq siyasətin ən mürəkkəb və gərgin xəttlərindən biri olaraq qalır. Bir zamanlar strateji tərəfdaş olan bu iki dövlət, bu gün bir-birinə qarşı dərin etimadsızlıq və qarşılıqlı ittihamlarla çıxış edir. Tarixin müxtəlif mərhələlərində diplomatik yaxınlaşmalar və kəskin toqquşmalarla müşayiət olunan münasibətlər, yalnız iki ölkənin deyil, bütün Yaxın Şərq və dünya siyasətinin formalaşmasına təsir göstərib.


Sfera.az xəbər verir ki, siyasi müşahidəçilər bildirirlər ki, İran və ABŞ arasında münasibətlər son 80 ildə dramatik dönüşlər, diplomatik böhranlar və geosiyasi qarşıdurmalarla müşayiət olunub.


İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ İranı Sovet təsirindən qorumaq üçün strateji müttəfiq kimi qiymətləndirirdi. Lakin 1953-cü ildə ABŞ və Britaniyanın İranın seçilmiş baş naziri Məhəmməd Müsəddiqə qarşı təşkil etdiyi çevriliş iki ölkə arasında uzunmüddətli etimadsızlığın əsasını qoydu.


Şah Məhəmməd Rza Pəhləvinin qərbyönlü siyasəti ABŞ-İran münasibətlərində sabitlik yaratsa da, bu dövr insan haqları pozuntuları və daxili narazılıqlarla yadda qalıb. 1979-cu ildə baş verən İslam İnqilabı və ardınca ABŞ səfirliyinin zəbt olunması diplomatik əlaqələrin tamamilə kəsilməsinə səbəb oldu.


Daha sonra ABŞ, İranı terrorizmi dəstəkləyən ölkələr siyahısına saldı və iqtisadi sanksiyalar tətbiq etdi. İran isə ABŞ-ni bölgədə sabitliyi pozmaqda ittiham edərək müstəqil siyasi xəttini qorumağa çalışdı. 1988-ci ildə ABŞ donanması tərəfindən İran sərnişin təyyarəsinin vurulması iki ölkə arasında gərginliyi daha da artırdı.
Bu hadisədən sonra 2000-ci illərdə İranın nüvə proqramı Qərbdə narahatlıq doğurmağa başladı. ABŞ bu proqramın hərbi məqsədlərə xidmət etdiyini iddia edərək, İrana qarşı beynəlxalq sanksiyaların tətbiqinə səbəb oldu. Lakin 2015-ci ildə imzalanmış nüvə sazişi (JCPOA) ümidlərin yaranmasına səbəb oldu. Razılaşmaya əsasən, İran nüvə proqramını məhdudlaşdırdı, əvəzində sanksiyalar aradan qaldırıldı. Donald Trampın prezidentliyi dövründə ABŞ bu razılaşmadan birtərəfli qaydada çıxaraq Tehrana qarşı “maksimum təzyiq” siyasətinə başladı. 2020-ci ildə İran generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi vəziyyəti daha da gərginləşdirdi.


Hazırda, tərəflər arasında dərin etimadsızlıq hələ də qalmaqdadır. Regional gərginliklər, xüsusilə İsrail və Yaxın Şərqdəki proksi münaqişələr iki ölkə arasında dolaylı qarşıdurmaları davam etdirir.


Müşahidəçilər hesab edirlər ki, İran və ABŞ arasında yaxın gələcəkdə tam diplomatik normallaşma real görünmür. Lakin danışıqların açıq saxlanması və qarşılıqlı təmkin, münaqişənin böyüməsinin qarşısını almaq baxımından hələ də mühüm əhəmiyyət kəsb edir.


Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri