Icma.az
close
up
RU
Dostunun böyrəyini arvadına köçürtdürmək istədi 17 mindən çox pul itirdi

Dostunun böyrəyini arvadına köçürtdürmək istədi 17 mindən çox pul itirdi

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səbail Rayon Məhkəməsində Ağdam sakini 1977-ci il təvəllüdlü Xəyyam Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, əvvəllər məhkum olunmuş 48 yaşlı şəxs bu dəfə Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə mühakimə edilib.

Bildirilib ki, o, Malik adlı tanışına böyrəyini 20 min manata satacağını vəd edərək, 17 min manatdan artıq pul alıb. Lakin Xəyyam son anda fikrini dəyişdirərək böyrəyini verməyib.

Malik Məmmədov ifadəsində bildirib ki, Xəyyamın böyrəyini dializ xəstəsi olan arvadına köçürtdürmək istəyib: “2024-cü ilin fevralında fəhlə kimi işlədiyi Səbail rayonu 20-ci sahə ərazisində yerləşən qardaşımın obyektində olarkən söhbət əsnasında Xəyyama həyat yoldaşımın dializ xəstəsi olduğunu bildirmişdim. Bundan sonra Xəyyam, guya, mənə kömək etmək üçün öz böyrəyinin birini həyat yoldaşıma əməliyyat yolu ilə təmənnasız verəcəyini və buna hazır olduğunu dedi. Bundan sonra Xəyyam və bacısı Kəmalə ilə birgə ailəvi görüşümüz oldu. Xəyyam hamının yanında bir daha böyrəyini verməyə hazır olduğunu təsdiq etdi.

Daha sonra həkimlərin məsləhəti ilə Xəyyamın müayinə edilərək ona məxsus böyrəyin həyat yoldaşıma əməliyyat yolu ilə köçürülməsi üçün Gömrük Hospitalında müayinələr keçirildi, uyğun gəldiyindən razılaşdıq. Xəyyam müxtəlif vaxtlarda məndən fərqli səbəblərdən pul istəyirdi. Ona ümumilikdə 17 109 manat məbləğində pul vermişəm. Lakin sonradan məlum oldu ki, Xəyyam müayinədən keçdikdən sonra Səhiyyə Nazirliyində izahat verərək böyrəyinin xanımıma əməliyyat yolu ilə köçürülməməsi üçün imtina kağızı yazıb. Bundan sonra ailə üzvlərimlə birgə Xəyyama və bacısı Kəmaləyə irad bildirərək verdiyimiz pulları tələb etdik. Lakin onlar pulları verməkdən imtina etdilər”.

Təqsirləndirilən şəxs Malikdən pul aldığını etiraf etsə də, pulları böyrək qarşılığında almadığını deyib: “Malik mənim tanışımdır, sonradan münasibətlərimiz nisbətən yaxınlaşdı. Bir gün söhbət zamanı məndən qan qrupunu soruşdu, lakin bunun səbəbini həmin an açıqlamadı, mən də əhəmiyyətsiz sual hesab etdiyimdən maraqlanmadım. Malikin yoldaşının dializ xəstəsi olması barədə məlumatı sonradan bildim. Onun bunu uzun müddət gizlətməsi səbəbindən vəziyyətin mahiyyətini gec başa düşmüşəm. Malik mənimlə mütəmadi görüşərək müxtəlif məbləğlərdə, lakin böyrək müqabilində olmayıb, digər şəxsi ehtiyaclarla bağlı pul verib. Mən isə bunu maddi ehtiyaclarım fonunda edilmiş köməklik kimi qəbul etmişəm.

Malik məni həkim müayinələrindən keçməyə dəvət edərkən bunu dost köməyi kimi dəyərləndirdim və ilkin mərhələdə qorxu səbəbindən böyrəyin verilməsinə razılıq vermədim. Lakin sonradan risklərin olmadığını öyrəndikdən sonra tam könüllü olaraq, heç bir təmənna ummadan donor olmağa razılıq verdim. Bu qərarımı rəsmi qaydada notariat şəhadətnaməsi ilə təsdiq etdirmişəm. Mənə verilmiş məbləğlər böyrək qarşılığında olmayıb və özüm heç vaxt belə tələb irəli sürməmişəm. Transplantasiya prosesi yalnız Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının mənfi rəyi ilə həyata keçirilməyib. Mənim donor olmaq niyyətim isə Komissiyanın 28 avqust 2024-cü il tarixli iclasının videogörüntüsündə də birbaşa təsdiqini tapıb”.

Səbail Rayon Məhkəməsi Xəyyamın əməlində dələduzluq tərkibinin olmaması qərarına gəlib. Bu səbəbdən ona qeyd edilən maddə üzrə bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Xəyyam Əliyev ötən ilin dekabrından həbsdə idi.

Aslan Vəliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri