Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı Bu cəza verildi
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda dostunun bank kartından pul oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib.
Xaçmaz rayon sakini 1998-ci il təvəllüdlü Nurlan Şıxməmmədov (şərti soyadlı) kirayə qaldıqları evdə həm də otaq yoldaşı olan Saday Sadayovun telefonunda bank proqramının şifrəsini öyrənib. O, dostundan xəbərsiz onun “Redmi” markalı telefonunu götürüb və bank proqramına daxil olaraq 2020 manat pulu gizli şəkildə öz hesabına köçürüb. Bundan sonra evi tərk edərək qaçıb.
O, oğurladığı pullarla “Azpulmat”a olan kredit borcunu ödəyib, həmçinin özünə xərcləyib.
Saday polisə şikayət etdikdən sonra Nurlan barəsində cinayət işi başlanılıb.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Nurlana 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və onun üzərinə elektron qolbaq yerləşdirilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 27 Sentyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















