Icma.az
close
up
RU
Dövlət Agentliyi buğda tədarükünü elan etdi

Dövlət Agentliyi buğda tədarükünü elan etdi

Icma.az bildirir, Modern.az portalına istinadən.

Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2026-cı ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.

Modern.az agentliyə istinadən xəbər verir ki, tədarük ediləcək ərzaqlıq buğda AZS 888:2025 "Buğda. Texniki şərtlər" standartında qeyd edilən 1-ci, 2-ci və 3-cü sinif buğdaya aid bütün keyfiyyət göstəricilərinə, habelə "Qida təhlükəsizliyi haqqında" qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir.

Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməlidir. Təqdim olunan ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri tədarük zamanı əlavə olaraq yoxlanılacaq, keyfiyyət tələblərinə cavab verməyən məhsul qəbul edilməyəcək.

Ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir.

Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərmanına uyğun pilot layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq edilir. Belə ki, təhvilverilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Nazirlər Kabinetinin 25 iyun 2026-cı il tarixli sərəncamında müəyyən edilən dörd yüz manat dövlət tədarük qiymətindən aşağı olduğu halda aradakı fərqin kompensasiya edilməsi məqsədilə sözügedən proqrama qoşulan istehsalçılara tətbiq edilən məhsul subsidiyası əmsalının Aqrar Subsidiya Şurası tərəfindən yenilənməsi nəzərdə tutulub.

Qeyd olunan tələblərə cavab verən ərzaqlıq buğda üzrə satış təkliflərinin akkreditasiya olunmuş laboratoriya tərəfindən təsdiq edilmiş keyfiyyət göstəriciləri də əlavə edilməklə istehsalçılar tərəfindən [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyun 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see321

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see301

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see298

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see248

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see242

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see208

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see195

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see195

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see184

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see181

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see179

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see178

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see173

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see169

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see169

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see166

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see165

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see165

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see160

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri