DÖVLƏT AGENTLİYİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİ İŞDƏN QOVULUB Sədrin də işdən çıxarılacağı gözlənilir
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Noyabrın 28-də Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşavirləri Cəfər Babayev, Əhməd Həsənov və dövlət satınalmaları şöbəsinin müdiri Elşən Həsənov vəzifələrindən azad olunub.
Bu barədə “AzPolitika”ya daxil olan məlumatda bildirilir ki, hər 3 şəxs dövlət satınalmaları ilə bağlı korrupsiya və digər hüquq pozuntuları səbəbindən vəzifələrini itiriblər.
Mənbə yaxın günlərdə baş verənlərlə əlaqədər Agentliyin sədri Elnur Bağırovun da vəzifəsini itirəcəyinin gözlənilən olduğunu qeyd edib.

Xatırladaq ki, o bu il fevral ayının 12-də Prezident İlham Əliyevin sərəncamı ilə sözügedən vəzifəyə təyin edilib. E.Bağırov daha sonra öz komandasını formalaşdırıb və adları çəkilən şəxsləri Agentlikdə yüksək vəzifələrə təyin edib.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 05 Dekabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















