Dövlət başçısı: Sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələri kənar müdaxilə faktını təsbit edir
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qalıb və idarəetməni tam itirib, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirilib və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bilib.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
Dövləti başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 Dekabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















