Icma.az
close
up
RU
Dövlət büdcəsində azalmanın səbəbləri nədir?

Dövlət büdcəsində azalmanın səbəbləri nədir?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026 cı il üçün İcbari Tibbi Sığorta fonduna dövlət büdcəsindən 900 milyon manat ayrılması nəzərdə tutulur. Bu isə ötən il ayrılan məbləğlə müqayisədə 35 faizə qədər azdır.

Bəs bu qədər azalmanın səbəbləri nədir? Azalmaya ehtiyyac nədən yaranıb?

Oxu.Az "Ölkə.az"a istinadla xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun sözlərinə görə, İcbari Tibbi Sığorta fonduna dövlət büdcəsindən ayrılan vəsaitin azalması ilk baxışda mənfi tendensiya kimi görünsə də, bu, əslində sistemin maliyyə dayanıqlılığının artması ilə bağlıdır:

"Son illərdə tibbi sığorta mexanizmləri genişlənib, fondun daxilolmaları təkcə büdcə vəsaiti deyil, digər mənbələr hesabına da formalaşır. Yəni dövlət yükünün bir hissəsi tədricən özəl sektor, müəssisə və fiziki şəxslərin üzərinə keçir. Bu isə beynəlxalq praktikada tam normal prosesdir.

Burada əsas məqsəd dövlət büdcəsi xərclərini azaltmaq deyil, sığorta sistemini daha çevik və effektiv mexanizmə çevirməkdir. Bu dəyişikliklərin vətəndaşın üzərinə əlavə maliyyə yükü qoyması, yaxud xidmətlərin azalması kimi təhlükələrdən söhbət getmir. Əksinə, məqsəd vəsaitlərin daha səmərəli istifadəsi və tibbi xidmətlərin keyfiyyətinin artırılmasıdır. Əslində burada söhbət vətəndaşın üzərinə əlavə yük qoyulmasından yox, iqtisadiyyatın sağlamlaşmasından gedir. İş yerlərinin açılması, kölgə iqtisadiyyatının daralması və işəgötürənlərin işçiləri rəsmi qeydiyyata alması nəticəsində həm sığorta haqları, həm də insanların gələcək pensiya təminatı güclənir.

Dövlətin məqsədi budur ki, hər bir işləyən şəxs sistemin bir hissəsinə çevrilsin. Bu zaman fondun daxilolmaları təbii şəkildə artır və dövlət büdcəsinin üzərindəki yük azalır.

Dünyanın inkişaf etmiş ölkələrində tibbi sığorta dövlət büdcəsi hesabına formalaşmır. Sistem yeni qurularkən dövlət bir növ tampon rolunu oynayır. Zamanla iqtisadiyyat inkişaf etdikcə bu yük tədricən sığorta fondunun öz mexanizmləri hesabına qarşılanır. Yəni bu, "azaltma" deyil, sistemin yetkinləşməsi prosesidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see391

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see366

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see341

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see261

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see256

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see246

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see236

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see193

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see187

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see169

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see166

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see162

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see161

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see161

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see160

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see157

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see155

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see150

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri