Icma.az
close
up
RU
Dövlət büdcəsindən hər il müvafiq transfert həyata keçirilməsə, DSMF əhalinin sosial müdafiəsini təmin edə bilməz

Dövlət büdcəsindən hər il müvafiq transfert həyata keçirilməsə, DSMF əhalinin sosial müdafiəsini təmin edə bilməz

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 480,76 mln. manat və ya 9,34% artıb. DSMF bildirir ki, xərclərin 96,9%-ni əhaliyə ödənişlər təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 73,5 min vahid və ya 3,47% artaraq 2 188 mindən çox təşkil edib. Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 11,9 min, fiziki şəxslər üzrə 58,3 min, torpaq mülkiyyətçiləri üzrə isə 3,3 min vahiddən çox artıb. Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasında sosial sığorta və pensiya sisteminin maliyyələşdirilməsi və idarə olunmasına cavabdeh olan dövlət qurumudur.DSMF-nin 9 ayda 480 milyon manatlıq xərc artımı iqtisadi baxımdan səbəbi nədir?Əhaliyə ödənişlərin fondun xərclərində 96,9% paya malik olması maliyyə dayanıqlığı baxımından nə deməkdir?Sığorta edənlərin sayındakı artım gələcəkdə pensiya yükünü azalda bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, bu cari ildə 2019-cu ildən üzü bəri 5 sosial islahat paketi həyata keçirmişdik ki, onun 5-i bu ilə təsadüf etdi.

Pərviz Heydərov

“Dövlət Sosial Müdafiə Fondu sosial sığorta və pensiya sisteminin maliyyələşdirilməsi və idarə olunmasına cavabdeh olan dövlət qurumudur. Fondun əsas vəzifəsi sosial sığorta haqlarının toplanması, pensiya və müavinətlərin ödənilməsidir. Ölkədə ümumiyyətlə sosial müdafiə sahəsində əhalinin sosial müdafiəsinin təşkili sahəsində müvafiq olaraq zəzuri maliyyələşdirməni həyata keçirməkdir.

Dövlət Sosial Müdafiə Fondunun yanvar-sentyabr ayları ərzində xərclərinin artması məsələsinə gəldikdə onu deyə bilərəm ki, bu cari ildə 2019-cu ildən üzü bəri 5 sosial islahat paketi həyata keçirmişdik ki, onun 5-si bu ilə təsadüf etdi. Bu il minimum əməkhaqqı artırıldı, düzdür bu DSMF-nin xərclərinə daxil deyil, amma minimum əməkhaqqı ilə bərabər minimum pensiya məbləği qaldırıldı, sosial müavinətlər, təqaüdlər artırıldı. Əmək pensiyaları indeksləşdirildi. İldən-ilə də əlavə olaraq əmək pensiyaya çıxanların sayı artır ki, bu da xərclərin genişlənməsinə şərait yaradıb. Birdən - birə bu il ərzində 9 ayda az qala 10 %-ə yaxın fondun xərclərinin artması cari il ərzində əsas etibarı ilə sosial istiqamətdə həyata keçirilən artımlarla əlaqədar olmuşdur. Məsələ budur.

Əhaliyə ödənişlərin ümumiyyətlə, fondun xərclərində 96 %-dən yuxarı paya malik olması əlbəttə bir az yüksək rəqəmdir. Çünki Dövlət Sosial Müdafiə Fondunun xərclərində əhalinin ödənişləri hardasa 80-85 % təşkil etsə, bu zaman DSMF-nin maliyyə vəziyyətinin dayanıqlığı barədə danışmağa dəyər, ancaq demək olar 97 % əhaliyə ödənişlər təklif ediblər. Yerdə 3 % qalır ki, o da DSMF-nin xərclərini, onun bu və ya digər idarə olunması məsrəfləri və sair təşkil edir. Ona görə də hər il dövlət büdcəsindən bu fonda müvafiq transfert həyata keçirilməsə, Dövlət Sosial Müdafiə Fondunu tam olaraq ölkədə əhalinin sosial müdafiəsini təmin etmək üçün maliyyələşdirməyə gücü çata bilməz. Amma bu rəqəmlər sevindirici rəqəmlərdir. Məsələn, sığorta edənlərin sayı hüquqi şəxslər üzrə 12 milyon manat, fiziki şəxslər üzrə 8,3 min manat. Yəni nə qədər çox bu ödənişlər daha sürətlə artarsa, sözügüdən fondun ölkənin mərkəzi maliyyə əsaslı olan dövlət büdcəsindən asılılığı azalıb. Bu da əhaliyə ödənilən sosial müavinət və təqaüdlərin, o cümlədən pensiyaların istənilən həcmində artırılmasına şərait yaradır. Bunun üçün də 2019-cu ildən bəri həyata keçirilən saatlar davam etdirilməlidir. Gizli məşğulluq aradan götürülməlidir. Əmək müqavilələrinin sayı getdikcə artmalıdır və ümumiyyətlə nə qədər çox sığorta edənlər ödənişlər həyata keçirilərsə, bu DSMF-nin maliyyə dayanıqlılığının güclənməsinə, daha da artmasına şərait yaradır”-deyə Pərviz Heydərov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Noyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri