Dövlət Departamenti Səudiyyə Ərəbistanına Patriot sistemləri üçün raketlərin satışını təsdiqləyib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollar dəyərində Patriot sistemləri üçün raketlərin mümkün satışına razılıq verib.
APA xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ-dan 730 ədəd "PAC-3 MSE" tipli idarə olunan raket və müşayiətedici avadanlıqların alınması üçün sorğu göndərib.
Sözügedən satış Dövlət Departamenti tərəfindən təsdiqlənib və bununla bağlı ABŞ Konqresinə rəsmi bildiriş təqdim olunub.
Açıqlamada qeyd olunur ki, bu satış ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına uyğundur. Slah satışının regiondakı güc balansına təsir göstərməyəcəyi, həmçinin ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına mənfi təsir etməyəcəyi vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 31 Yanvar 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















