Icma.az
close
up
RU
Dövlət Departamentinin keçmiş əməkdaşı: USAİD gizli əməliyyatları koordinasiya edir

Dövlət Departamentinin keçmiş əməkdaşı: USAİD gizli əməliyyatları koordinasiya edir

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“USAİD yardım təşkilatı deyil, Dövlət Departamenti tərəfindən müxtəlif ölkələrdə gizli əməliyyatları koordinasiya etmək üçün mərkəz olaraq yaradılıb”.
Sensasiya hesab olunacaq bu açıqlamanı ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, İnternat Azadlıqları Fondunun təsisçisi Mayk Benz Co Roqanın podkastında çıxışı zamanı verib.
Benz ABŞ dövlət katibinin beynəlxalq kommunikasiyalar və informasiya siyasəti üzrə köməkçisinin müavini olub. 2020-ci ildə Dövlət Departamentindəki işindən ayrılan Benz İnternat Azadlıqları Fondunu təsis edib. Onun ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) haqda dedikləri rezonans doğuracaq açıqlamalardır.

“USAİD-in heç bir köməyi yoxdur, bu yardım təşkilatı deyil. Bu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi adlandırılsa da, təşkilatın inkişaf etdirdiyi şey Dövlət Departamentinin xarici ölkələrdə təsirini artırmaq üçün qurduğu şəbəkədir. USAİD müxtəlif ölkələrdə gizli əməliyyatları koordinasiya etmək üçün mərkəz kimi yaradııb. Onun 50 milyard dollarlıq büdcəsi var ki, bu da CİA və Dövlət Departamentindən böyükdür. Bu, Pentaqona, Dövlət Departamentinə və kəşfiyyata kömək edən universal bir vasitədir”, - M.Benz bildirib.
USAİD-in əsas missiyasının ABŞ-a bağlı şəbəkələrin qurulması, Mərkəzi Kəşfiyyat İdarəsinin istifadə edə biləcəyi agentlərin tapılması və Vaşinqtonun xarici siyasətdə təsir rıçaqlarının əldə edilməsi haqda kifayət qədər faktlar var. Lakin Dövlət Departamentinin keçmiş əməkdaşı M.Benzin bu açıqlaması həmin faktları təkzibolunmaz mərhələyə yüksəldir.
USAİD-in yaradıldığı gündən etibarən ABŞ Mərkəxi Kəşfiyyat İdarəsinə qeyri-rəsmi qanadı kimi fəaliyyət göstərib. 1957-ci ildə ABŞ xarici ölkələrdə polis qüvvələrinin formalaşdırılması işini həyata keçirən İctimai Təhlükəsizlik İdarəsini (OPS) yaratdı. Ameriaklı jurnalist Eva Golinger “CİA USAİD-dən kamuflyaj kimi istifadə edir” başlıqlı məqaləsində Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi sənədlərinə istinadən yazır ki, OPS USAİD-in filialı kimi fəaliyyət göstərirdi və əsas məqsəd casus şəbəkəsinin qurulması olub. Hədəf coğrafiyası isə Latın Amerikası, Asiya və Yaxın Şərq idi. ABŞ Konqresi 1974-cü ildə OPS-nin fəaliyyətini dayandırdı. Lakin USAİD-in CİA-nın qolu kimi fəaliyyəti günümüzdə də davam edir. Bu təşkilatın CİA-nın planlarında iştirakına dair çoxsaylı məlumatlar var.
- Vyetnam müharibəsi zamanı CİA ilə birlikdə həyata keçirilən qanlı Feniks əməliyyatı;
- Kuba, Venesuela, Haiti, Uruqvay və digər ölkələrdə çevriliş cəhdləri;
- Afrika ölkələrində hakimiyyət dəyişikliklərinin həyata keçirilməsi;
- 2003-cü ildə Gürcüstanda “qızılgül inqilabı”;
- 2004-cü ildə Ukraynada “narıncı inqilab”;
- 2005-ci ildə Qırğızıstanda “zambaq inqilabı” və s;
- 2013-cü ildə Ukraynada “Maydan” hadisələri;
- 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi;
- Hazırda Gürcüstanda baş verən hadisələr və s;
ABŞ kəşfiyyatı bu və bunun kimi çevriliş planlarının maliyyəsini və təşkilini məhz USAİD üzərindən həyata keçirib. ABŞ-ın çevriliş planlarına dair bir neçə kitabın müəllifi olan kanadalı jurnalist Jan-Gay Allard yazırdı ki, USAİD-in çirkin işinin ən bariz nümunələrindən biri Uruqvaydır: “USAİD Uruqvayda sol hərəkatının məhv edilməsi üçün polis qüvvələri hazırlayır və onlara işgəncə metodları öyrədirdi”.
Eva Golinger isə yazır ki, USAİD fəaliyyət göstərdiyi ölkələrdə özəl təşkilatlar, incəsənət sektoru, dini təşkilatlar, dövlət orqanları, ümumilikdə bütün sahələr üzrə şəbəkələşmə qurur və lazım olanda ABŞ-ın çevriliş planlarını dəstəkləyir: “Əgər əvəllər CİA USAİD-dən yanlız cəbhə kimi istifadə edirdisə və agentliyin əməkdaşları gerçəklərdən məlumatsız idilərsə, bu gün artıq hər şey ortadadır. USAİD-in “nizəsi” Vaşinqtona “düşmən” hesab olunan hərəkat və ya dövlətlərə qarşı yönəlib. USAİD artıq rəsmi olaraq hərbi agentliyə çevrilib”.
Bu faktlar fonunda M.Benzin açıqlaması USAİD-in gerçək missiyası ilə bağlı hər şeyin bir daha təsdiq edilməsidir.
Azərbaycanda ABŞ-a bağlı təsir agentləri və şəbəkənin formalaşdırılması, küçə inqilabi cəhdləri, ölkəmizə qarşı daxildə və xaricdə aparılan kampaniyaların təşkilində USAİD əsas maliyyəçi və koordinasiya edən təşkilat rolunu oynayıb. 2003-cü il hadisələri, 2013-cü ildə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıda “facebook inqilabı” adlandırılan qarşıdurmanın yaradılması kimi cəhdlərin koordinatoru rolunu da məhz bu təşkilat həyata keçirib.
Bu cəhdlər baş tutmadıqdan sonra USAİD 2014-cü ildən etibarən Azərbaycanda ABŞ-a bağlı şəbəkənin genişləndirilməsinə start verib. Şəbəkəyə siyasi partiyalar, media və vətəndaş cəmiyyəti sektorundan seçilmiş nümayəndələr daxil edilib. Təşkilat qrant layihələrində də qeyri-şəffaflığa yol verərək, əsas üstünlüyü öz şəbəkəsinə daxil olan media və QHT-lərə verirdi. Media və QHT-lərə ayrılan qrantlar siyasi partiyaların qeyri-qanuni maliyyələşməsi üçün də nəzərdə tutulurdu. Azərbaycanda xarici qrantlarla bağlı qanun sərtləşdirildikdən sonra USAİD yaratdığı şəbəkə və təsir agentlərinin maliyyələşməsini Gürcüstan üzərindən təmin etməyə başladı. Vəsait Gürcüstanda bank hesablarına köçürülür, daha sonra orada nağdlaşdırılaraq, sərhəddən qeyri-qanuni şəkildə ölkəyə gətirilirdi. 2017-ci ildə AXCP rəhbərliyinin qeyri-qanuni fəaliyyətinin aşkar edilməsi USAİD-in gizli əməliyyatına vurulan ilk zərbə oldu. Bundan sonra USAİD Azərbaycandakı şəbəkəsini “nowar”çılar, feministlər və LGBT-çilər hesabına genişləndirmək addımları atdı. Bu ilin əvvəlində ortaya çıxan “qrant qaçaqmalçılığı” ilə bağlı faktlar USAİD-in Azərbaycanla bağlı bütün gizli əməliyyatlarını ifşa etdi, eyni zamanda, ABŞ-a bağlı şəbəkə böyük ölçüdə neytrallaşdırıldı.
Dövlət Departamentinin keçmiş əməkdaşı M.Benzin USAİD-lə bağlı açıqladığı faktlar Azərbaycanın bu təşkilatın fəaliyyətinə qarşı atdığı addımlarda və xarici ölkə kəşfiyyatına bağlı şəbəkəni sıradan çıxarmaqda nə qədər haqlı olduğunu bir daha göstərir.
Asif Nərimanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://publika.az
archiveBu xəbər 05 Dekabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri