Icma.az
close
up
RU
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzlərinin məhkəməsində ittiham aktı elan olunub

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzlərinin məhkəməsində ittiham aktı elan olunub

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib.
İttihama görə, Zaur Əsgərov və Gündüz Mirzəyev Nizami rayonunda 8-ci kilometr bazarında işləyərkən tanış olublar. Onlar hazırda həmin ittihamla təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Elşən Kərimov və qeyriləri olan “Votsap”da yaradılmış "Azərbaycan Naminə Birlik" və "AXCP dostluq" adlı qruplarda Azərbaycan dövləti əleyhinə açıq çağırışlar edib, hakimiyyət ələ keçirmək barəsində fikirlər söyləyib və belə materiallar yaymaq barəsində razılaşıblar. İttihamda o da qeyd olunub ki, onlar dövlət və ölkə əleyhinə müxtəlif ifadələr, polisləri təhqir ediblər.
İttihama münasibət bildirən təqsirləndirilən Zaur Əsgərov özünü günahkar bilməyib, lakin işlətdiyi təhqirlərə görə üzr istəyib.
Gündüz Mirzəyev isə özünü təqsirli bilərək peşman olduğunu söyləyib.
Dövlət ittihamçısının suallarını cavablandıran Gündüz Mirzəyev bildirib ki, sosial vəziyyətinin ağırlığına görə belə addım atıb: "Hesab edirdim ki, hüquqlarımı bərpa edə biləcək tək partiya AXCP-dir. Peşmanam. Dövlət qarşısında üzr istəməyə də hazıram".

Məhkəmədə ifadə verən Zaur Əsgərov da əsəbi olaraq həmin ifadələri işlətdiyini bildirib: "Mən o ifadələri işlətmişəm. Lakin, heç bir dövlət və ya hakimiyyət əleyhinə çağırış etməmişəm. Mən hakimiyyətin ələ keçirilməsi dedikdə seçki yolu ilə nəzərdə tuturdum. Başqa niyyətim olmayıb".
Şahid qismində ifadə verən Elşən Kərimov bildirib ki, Rusiya vətəndaşıdır, hazırda heç bir partiyanın üzvü deyil.
O, təqsirləndirilən şəxsləri qiyabi tanıdığını deyib: "Mən onları "Azərbaycan Naminə Birlik" qrupundan tanıyıram. Həmin platformanı mən yaratmışdım. Məqsədim elə adından görünür. Mən əsla dövlətə qarşı olmamışam”.

Proses mayın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 May 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri