Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın “Acquisition-International” beynəlxalq jurnalının “Business Excellence Awards 2025” müsabiqəsində uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin fəaliyyət sahələrində aparılan islahatların uğurları barədə təqdim olunan iş və “DOST Müfəttiş” layihəsinin işəgötürənlərə qiymətləndirmə dəstəyi münsiflər tərəfindən yüksək qiymət alıb.
Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti həmin beynəlxalq müsabiqədə “Əmək Münasibətlərində Bizneslərin İnkişafına Dəstək Olan İlin Ən Yaxşı Dövlət Orqanı” nominasiyası üzrə ali mükafata layiq görülüb.
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və bir sıra digər ölkələrdən 100-dən çox layihə iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 17 Fevral 2025 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















