Icma.az
close
up
RU
Dövlət fondu fermerlərə 2,5 milyon ödəniş edib: Hadisədən qorunmağın başqa mexanizmi yoxdur

Dövlət fondu fermerlərə 2,5 milyon ödəniş edib: Hadisədən qorunmağın başqa mexanizmi yoxdur

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Əkinçilik, xüsusilə də meyvə bağı təsərrüfatı olan fermerlər üçün aqrar sığorta çox önəmlidir, çünki təbiət hadisələri baş verəndə onlardan qorunmaq üçün başqa bir mexanizm mövcud deyil".

Ölkə.Az xəbər verir ki, bunu “Naxo Group” MMC-nin baş aqronomu Ahmet Turqut deyib. O, aqrar sığortanın bütün təsərrüfatlar üçün vacib olduğunu bildirib: 

"Təsərrüfatımızda mart ayında baş verən şaxtavurma hadisəsi zamanı əlimizdə olan bütün imkanlar və texniki vasitələrlə zərəri azaltmağa çalışsaq da, meyvə bağına zərər dəydi. Bizə dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən kompensasiya edildi. Bu dəstəyə görə görə, mexanizmi yaradan ölkə rəhbərliyinə təşəkkür edirik. Bütün fermerləri dövlətin bu dəstəyindən istifadə edərək təsərrüfatlarını sığortalamağa çağırıram”. 

Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri Rəvan Səmədli isə bildirib ki, aqrar sığtorta mexanizmi ümumilikdə 41 bitki növünü sığorta edir, lonun da yarısı meyvə bağlarıdır: "Naxo Group:un və "Trek Service Engineering"in meyvə bağlarında şaxtavurma və subasma hadisəsi ilə bağlı müraciət daxil olduqdan sonra fondun mütəxəssisləri və ekspertləri təsərrüfatlara gələrək zərəri qiymətləndiriblər. Nəticə olaraq təsərrüfata sığorta ödənişi həyata keçirilib". 

Ümumilikdə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına 2,5 milyon manat sığorta ödənişi həyata keçirilib. 

Xatırladaq ki, Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın,  dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur. 

Dövlət tərəfindən təqdim olunan 50%-lik sığorta haqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, qalan hissəni, fermerlərə dəstək üçün dövlət özü ödəyir. 

Aqrar Sığorta Fondu fermerlərə xatırladır ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü başlayıb. Fermer və meyvə bağı sahibləri dövlət aqrar sığortası vasitəsilə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər. 

Meyvə bağlarının sığortalanması üçün sığorta haqlarını fermerlər özləri də müstəqil şəkildə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablaya bilərlər (https://asf.gov.az/bitkicilik-kalkulyatoru). 
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:15
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Noyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see280

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see195

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see175

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see170

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see170

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see137

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see133

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see133

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see132

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see130

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see127

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see122

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri