Icma.az
close
up
RU
Dövlət gələn il daha çox pul xərcləyəcək Yeni rəqəmlər açıqlandı

Dövlət gələn il daha çox pul xərcləyəcək Yeni rəqəmlər açıqlandı

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Milli Məclisin noyabrın 16-da keçirilən plenar iclasında çıxış edən parlamentin sədri Sahibə Qafarova gələn il üçün dövlət büdcəsinin gəlirlərinin cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat artırılaraq 39 milyard 254 milyon manat məbləğində proqnozlaşdırıldığını bildirib. Spiker 2027-ci il dövlət büdcəsi xərclərinin isə cari illə müqayisədə təxminən 696 milyon manat çox olmaqla 42,4 milyard manat təşkil edəcəyini diqqətə çatdırıb.

"Yeni Sabah" xəbər verir ki, S.Qafarova bu il ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrin baş verdiyini qeyd edərək Azərbaycanla ABŞ və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafının, Avropa İttifaqı ilə əməkdaşlıq üzrə strateji gündəliyin və Bakıda keçirilən mötəbər beynəlxalq tədbirlərin ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb. Bu xüsusda parlamentin sədri apreldə baş tutan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, may ayında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını və digər qlobal tədbirləri xatırladıb.

Spiker noyabrın 8-də Zəfər Gününün altıncı ildönümünün təntənə ilə qeyd edildiyini, həmin gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mühüm görüşün keçirildiyini nəzərə çatdırıb. Bakıda online alış-veriş

Ölkə iqtisadiyyatının dayanıqlılığının məqsədyönlü dövlət siyasəti nəticəsində qorunub saxlanıldığını ifadə edən S.Qafarova dövlət büdcəsinin 4,8 milyard manat profisitlə icra olunduğunu, strateji valyuta ehtiyatlarının isə aprel ayının sonuna 89 milyard dollara yaxınlaşaraq xarici dövlət borcunu təxminən 50 dəfə üstələdiyini bildirib.

Parlamentin sədri, həmçinin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin uğurla davam etdiyini və doğma yurdlarına qayıdan ailələrin sayının gündən-günə artdığını vurğulayıb.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri