Dövlət gənclər siyasəti Azərbaycanın daha parlaq gələcəyinə əsaslı zəmin yaradır ŞƏRH
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 2 fevral, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının parlaq gələcəyini fiziki cəhətdən sağlam, yüksək əxlaqi dəyərlərə, bilik və bacarıqlara malik gənclərdə görürdü. Ulu Öndərin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti də məhz bu məqsədə xidmət edirdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.
“Bu gün Prezident İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın hərtərəfli inkişafının təmin olunmasında gənclərimiz fəal rola malikdirlər. Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası uğrunda mübarizədə gənclərimizin göstərdiyi qəhrəmanlıqlar Vətənə, dövlətə əsl sevgi və sədaqət nümunəsi idi”, - deyə deputat vurğulayıb.
Mircəlil Qasımlı bildirib ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər tərəfindən 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1997-ci ildə Azərbaycanda Gənclər Günü təsis edildi. Eyni zamanda Ümummilli Liderin qəbul etdiyi çoxsaylı qərarlar əsasında görülən işlər nəticəsində ölkənin ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı təmin edildi, dövlətin gənclər siyasətinin məqsəd, prinsip və istiqamətləri, habelə təşkilati-hüquqi əsasları müəyyən edildi. Gənclərimizin dünyanın nüfuzlu təhsil müəssisələrində oxumaları üçün yaradılan əlverişli şərait ölkəmizin güclü kadr potensialının formalaşmasına zəmin yaratdı. Ölkəmizdə idmanın inkişafı istiqamətində atılan addımlar gənclərin bu istiqamətə marağını daha da artırdı ki, bu da qısa müddət ərzində idmançılarımızın yüksək nailiyyətlər əldə etməsinə imkan yaratdı.
Deputat qeyd edib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə 1996-cı ildə təşkil olunan forumlar gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakına, onları düşündürən məsələlərin müzakirə olunmasına, təşəbbüslərinin dəstəklənməsinə geniş imkan yaratdı. “Dövlət gənclər siyasəti haqqında” Fərman, “Gənclər siyasəti haqqında” Qanun müstəqil Azərbaycanda bu sahəyə verilən önəmin bariz təzahürləridir.
“Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətini yeni dövrün tələblərinə uyğun davam etdirərək ölkəmizdə müasir çağırışlarla ayaqlaşan, dərin düşüncəli, xalqa, dövlətə, milli dəyərlərə bağlı gənc nəslin formalaşmasını təmin etdi. Ölkəmizdə gənclərin vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər dövlətin gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Beləliklə, mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, istedadlı gəncliyin formalaşmasına şərait yaratdı”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Mircəlil Qasımlı bildirib ki, dövlətimizin başçısı tərəfindən 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan olunması, ölkəmizin şəhər və rayonlarında idman komplekslərinin, “Gənclər evləri”nin yaradılması, Gənclər Fondunun təsis olunması, müxtəlif dövlət proqramlarının qəbul olunması, könüllülük hərəkatının genişlənməsi və digər mühüm qərarlar gənclərin inkişafını, onların potensialının üzə çıxarılmasını təmin etdi. Bu gün qürurla qeyd edə bilərik ki, Azərbaycan gəncliyi sürətlə inkişaf edən ölkənin layiqli vətəndaşları kimi dövlət möhkəmlənməsində fəal iştirak edir, müasir çağırışlara cavab verən təşəbbüslərlə çıxış edərək ölkəmizin davamlı tərəqqisinə töhfə verirlər. Eyni zamanda mütəmadi olaraq təkmilləşdirilən dövlət gənclər siyasəti Azərbaycanın daha parlaq gələcəyinə zəmin yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 02 Fevral 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















