Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Dövlət Gömrük Komitəsi ilə sahibkar arasında mübahisə yaranıb

Dövlət Gömrük Komitəsi ilə sahibkar arasında mübahisə yaranıb

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az-ın xəbərinə görə, sahibkar bildirib ki, rəhbəri olduğu “Lion Centre” MMC tərəfindən 16 may və 16 avqust 2025-ci il tarixlərində gömrük bəyannamələri ilə bəyan edilən malların rəsmiləşdirilməsi zamanı qanun pozuntularına yol verilib. 

O, bununla bağlı müxtəlif dövlət qurumlarının rəhbərlərinə və DGK-ya dəfələrlə müraciət etdiyini deyib. 

Məsələ Nazirlər Kabineti Aparatına, Milli Məclis Aparatına və Baş Prokurorluğa qədər gedib çıxıb: 

İş adamı qeyd edib ki, Dövlət Gömrük Komitəsinin cavabında da Nazirlər Kabineti Aparatının 6 avqust 2026-cı il tarixli 1-5/1-A-8955-10/2026 nömrəli məktubuna və digər dövlət qurumlarından daxil olmuş müraciətlərə baxıldığı göstərilir. 

R.Aslanovun sözlərinə görə, əsas diqqət çəkən hadisə sentyabrın 3-də olub. Sahibkar həmin gün Dövlət Gömrük Komitəsinə dəvət olunaraq Aparat rəhbəri Kənan Əsədovla görüşüb.
İş adamı iddia edir ki, görüşdə gömrük əməkdaşlarının hərəkətləri, əvvəlki cavablardakı ziddiyyətlər və qanunsuz hesab etdiyi qərarlarla bağlı faktları K.Əsədovun diqqətinə çatdırıb.
Sahibkar bildirib ki, görüş zamanı ona yuxarı instansiyalara şikayətlərin davam etdirilməməsi məzmununda yanaşma göstərilib və qaldırdığı məsələlərin komitə daxilində həll ediləcəyi vəd olunub.

Onun sözlərinə görə, K.Əsədov müxtəlif dövlət qurumlarına və mətbuata edilən müraciətlərdə öz adının hallandırılmamasını istəyib, məsələlərin araşdırılacağını və sentyabrın 17-dək nəticə barədə məlumat veriləcəyini bildirib.

"Günlər keçdi, amma gözlədiyim araşdırmanın nəticəsi mənə təqdim edilmədi. Əvəzində ortaya tamam başqa məzmunlu rəsmi cavab çıxdı. Avqustun 6-da etdiyim müraciətə cavab verilməməsinin səbəbini öyrənmək üçün oktyabrın 2-də DGK-nın inzibati binasına getdim. Mənə üzərində imzası, nömrəsi və tarixi olmayan, lakin 9 sentyabr 2026-cı il tarixində Kənan Əsədovun adından göndərildiyi deyilən məktub təqdim olundu. "Vətəndaşların müraciətləri haqqında" qanununa əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır və baxılma müddəti uzadıldıqda bu barədə vətəndaşa məlumat verilməlidir. Məktubda zəruri rekvizitlər, yəni nömrə və tarix olmadığına görə müraciətə baxılması zamanı həmin qanunun tələblərinin pozulub-pozulmadığının müəyyən edilməsi mümkün olmur. Mən araşdırma tələb etdim, cavabda “qanun izah etdik” yazıldı".

Dövlət Gömrük Komitəsinin cavabında bildirilib ki, R.Aslanov müraciətində qaldırdığı məsələlərin “ətraflı araşdırılması” məqsədilə sentyabrın 3-də komitəyə dəvət olunub, şikayəti dinlənilib və ona mövcud qanunvericiliyin tələbləri ətraflı izah edilib.

R.Aslanov deyib ki, komitəyə qanun öyrənmək üçün getməyib. Əksinə, əlində olan sənədlərlə müraciət edərək gömrük əməkdaşlarının hərəkətlərinin qanunvericiliyə uyğun olub-olmadığının müəyyən edilməsi üçün Komitənin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən xidməti araşdırma aparılmasını, günahkarların cəzalandırılmasını tələb edib. Onun iddiasına görə, K.Əsədov özü məsələlərin araşdırılacağını və nəticənin təqdim ediləcəyini vəd edib:

"O zaman sual yaranır: araşdırmanın nəticəsi haradadır? Hansı gömrük əməkdaşından izahat alınıb? Hansı bəyannamə yenidən yoxlanılıb? Sahibkarın hansı iddiası təsdiqlənib, hansı əsassız hesab olunub? Hansı hüquqi norma əsasında hansı nəticəyə gəlinib? Bunların əvəzinə “qanunvericilik sahibkara izah edildi” cümləsi ilə məsələnin bağlanması mənin yuxarı instansiyalarda müraciətin guya mahiyyəti üzrə araşdırıldığı görüntüsünün yaradılmasıdır. Üç dövlət qurumuna gedən cavab həqiqəti nə qədər əks etdirir?

Sahibkarın fikrincə, K.Əsədovun imzası ilə verilən cavab təkcə onu qane etməməkdən ibarət deyil. R.Aslanov hesab edir ki, həmin cavab vasitəsilə Nazirlər Kabineti Aparatı, Milli Məclis Aparatı və Baş Prokurorluq qarşısında məsələnin araşdırıldığı təsəvvürü yaradılıb.

İş adamı bildirib ki, oktyabrın 2-də komitəyə yenidən gedərkən ona cavabın sentyabrın 9-da elektron poçtla göndərildiyi deyilib. Sahibkar bunun təsdiqini istədiyini, lakin elektron göndərişi sübut edən məlumatın təqdim edilmədiyini və əvəzində üzərində imza, nömrə və tarix olmadığı deyilən məktub aldığını bildirir:

"Bir sahibkarın konkret sənədlərlə təqdim etdiyi şikayətin araşdırılmasının nəticəsini ortaya qoya bilməyən, yaxud bunu rəsmi cavabda aydın şəkildə göstərməyən vəzifəli şəxsin fəaliyyətinə hansı meyarlarla qiymət verilir? Kənan Əsədovun Aparat rəhbəri kimi fəaliyyətinə komitə rəhbərliyi tərəfindən xidməti qiymət veriləcəkmi?".

R.Aslanov 2025-ci ildə baş vermiş hadisələrə həmin vaxt qüvvədə olan qanunvericilik əsasında hüquqi qiymət verilməsini, eyni bəyannamələr üzrə qəbul edilən ziddiyyətli qərarların araşdırılmasını, vəzifəli şəxslərin hərəkətlərinə xidməti qiymət verilməsini və irəli sürdüyü hər bir hüquqi arqumentə ayrıca, əsaslandırılmış yazılı cavab təqdim olunmasını tələb edir. 

Dövlət Gömrük Komitəsinin, Kənan Əsədovun və məsələdə adı keçən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Oktyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see645

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see452

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see319

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see316

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see314

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see301

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see288

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see266

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see256

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see239

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see234

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see223

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see222

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see220

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see218

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see201

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see195

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see192

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see187

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri