Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Dövlət İmtahan Mərkəzinin qapalı zona sı Minlərlə gəncin taleyinin həll olunduğu otaqdan REPORTAJ

Dövlət İmtahan Mərkəzinin qapalı zona sı Minlərlə gəncin taleyinin həll olunduğu otaqdan REPORTAJ

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Media işçilərinin ilk dəfə olaraq Dövlət İmtahan Mərkəzində (DİM) abituriyentlərin qəbul imtahanlarının cavablarının emal olunduğu "qapalı zonaya" dəvəti sözün həqiqi mənasında sürpriz oldu. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin təşəbbüsü milyonlarla gəncin taleyinin asılı olduğu otaqlardakı iş prosesi ilə tanışlığa imkan yaratdı.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Nə yazıblarsa odur..."

"Görən nə vaxt açıqlanacaq?", "Ballar aşağı düşəcəkmi?", "Topladığımız bal seçmək istədiyimiz ixtisasa uyğun gələcəkmi?" və s. suallar məngənəsində sıxılan abituriyentlərin gələcək taleləri məhz bu zonada həll olunur. Bu otaqlarda qəbul imtahanlarının cavablarının emalının ilkin mərhələsi həyata keçirilir. "Demək, gənclərin həyatında məhz bu otaqların rolu var...", - fikirlərimə DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə "nə yazıblarsa odur...", - deyə cavab verdi: "Məqsəd nədir? Şəffaf, sürətli yoxlama prosesi həyata keçirilsin. İnsan amili qarışmasın. Qapalı tipli tapşırıqları biz 2-3 günə yoxlayıb qurtarırıq. Yazılı cavab tələb edən tapşırıqlar artıq marker-müəllimlər tərəfindən yoxlanıldığı üçün iki həftə vaxtımızı alır. Təsəvvür edin, marker-müəllimlər onminlərlə və ya yüzminlərlə tapşırığı yoxlayırlar. Ona görə bu proses vaxt aparır".

Emal otağında

DİM əməkdaşlarının çalışdığı iki otağın birində cavab vərəqlərinin və kartlarının çeşidlənməsi, sayılması, digər otaqda elektron üzünün köçürülməsi, qrafik təsvirlərinin alınması həyata keçirilir.

Hazırda otaqlarda 13 iyulda keçirilən I-IV qrup imtahanlarının cavabları çeşidlənir. İmtahanda 34 mindən çox məzun iştirak edib. "Burada imtahana aid faylların yaradılması, oxuma prosesi həyata keçirilir. Hazırda 34 min material açılıb. Bu proses bitəndən sonra kağızlar arxiv otağına yığılır. Bu fayllar heç kimə verilmir", - deyə DİM sədri Məleykə Abbaszadə proses haqda məlumat verdi: "Fayllar çeşidlənəndən sonra yoxlama zamanı artıq insan iştirak etmir. Elektron fayllar yaradılır və faktiki olaraq müvafiq skanerlə yazısı olan hər bir cavab kartının şəkli çəkilir. Hər bir abituriyentin nəticəsi elan olunanda bu qrafik təsvir də ona təqdim olunacaq. Skanerlər qapalı tipli tapşırıqları avtomatik yoxlayır. Marker-müəllim yoxlama prosesini aparanda şəxsin kimliyini bilməmək üçün kompüterin qabağında ad-soyadı kəsilmiş formada görür və avtomatik onu qiymətləndirir".

Abituriyentin bir sualını ən azı iki marker-müəllim yoxlayır

M.Abbaszadə qeyd etdi ki, bir abituriyentin bir sualını ən azı iki marker-müəllim yoxlayır, uyğun gəlməyəndə 3-cü markerə göndərilir: "Bu proses tam avtomatlaşdırılıb. Markerlər həmin nəticələri sistemdə yoxlayırlar. Onlar bu prosesə öz kompüterləri ilə evlərindən qoşulurlar. Hər bir fənn üzrə kifayət qədər iş var. Təxminən iki həftə ərzində iş bitəcək. Bizim yoxlama prosesimiz tam alqoritm əsasında baş verir. İnsanın bu prosesə təsiri yalnız həmin qaydalara riayət edib meyarlara uyğun qiymətləndirməni aparmasıdır. Bu, bizim xüsusi platformamızdır və kütləvi olaraq istifadə olunur. Belə bir sistemin olması bizim mütəxəssislərimizin əməyinin nəticəsidir".

Marker-müəllim çatışmazlığı

DİM sədrinin sözlərinə görə, marker-müəllimlərin işini də sistem özü yoxlayır: "Süni intellektə aid alqoritmlər işləyir. Hansısa marker tez-tez səhv edirsə və onun nəticəsi o biri markerin nəticəsi ilə üst-üstə düşmürsə, ona şablon cavablar göndərilir ki, yoxlasın. İşinə məsuliyyətli yanaşmayan markerləri prosesdən uzaqlaşdırırıq. Nə qədər çox müəllim bizlə əməkdaşlıq etsə, proses daha tez başa çatacaq". DİM sədri müəyyən fənlərdən marker-müəllim çatışmazlığının olduğunu bildirdi: "İnformatika üzrə markerlərin sayı çox azdır".

Keçid balları aşağı düşəcəkmi?

DİM sədri imtahan verən abituriyentlərin ən çox marağında olan "Keçid ballarında hər hansı dəyişiklik gözlənilirmi?" sualını da cavablandırdı: "Bu gün müsabiqəyə buraxılan şəxslərin sayı yalnız birinci cəhdin nəticəsinə görə məlumdur. İkinci cəhdin nəticəsinə görə bu şəxslərin sayı arta da bilər. Ona görə prosesə aid fikir söyləmək çətindir. Biz bunu müəyyən ixtisaslarda gözləyirik. Amma onu deyə bilərəm ki, keçid balları aşağı düşməyəcək".

Plan yerləri necə, artacaqmı?

"Balların kəskin şəkildə artmasını gözləmirəm", - deyə sədr cavab verdi: "Plan yerləri artır - bizdə abituriyentlərin sayı da çoxdur. Keçən illə müqayisədə biz 150-200 və ya 250 baldan yuxarı nəticə göstərən şəxslərin sayına baxmalıyıq. Keçən illə eyni səviyyədə olsa, onda ola bilsin ki, heç ballar da qalxmasın. Həmişə müsabiqə vəziyyəti yüksək olan müəyyən ixtisaslarda keçən ildəkindən daha yüksək rəqəmlər görsək, orada qalxmanı gözləyirik".

Elektron sistemə keçid

DİM sədri imtahan prosesində süni intellektin nə dərəcədə rol oynadığından danışaraq "prosesdə yalnız süni intellektin roibdi: "Düşünürəm ki, imtahanların bir qismi elektron imtahanlara keçəndən sonra prosesdə süni intellektin rolu kifayət qədər artacaq". İmtahan prosesində elektron sistemə keçid isə qapıdadır. DİM sədri imtahanların mərhələli şəkildə elektron formata keçəcəyini bildirdi: "Buraxılış və qəbul imtahanlarını elektron formata keçirmək üçün biz gərək Elm və Təhsil Nazirliyi ilə birgə işləyək".

İctimai etimad məsələsinə gəlincə, DİM sədri bildirib ki, düzgün addımlar atılsa, etimad pozulmayacaq: "Əvvəllər insanların kompüterlərə inamı yox idi. İndi insanlar bu sahədə maarifləndirilirlər. Gənclər isə bu sahəni çox yaxşı bilirlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyul 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri