Dövlət Komissiyası Qarabağ savaşında itkin düşənlərlə bağlı məlumat yaydı TƏCİLİ
Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fevralın 7-də Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş keçirilib.
Komissiyadan AzNews.az-a bildiriblər ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
AzNews.az

XİN və Dövlət Komissiyası birgə məlumat yayıb
19 Noyabr 2024 10:25
Prezidentdən Dövlət Dil Komissiyası ilə bağlı sərəncam
21 Noyabr 2024 16:32
Prezident dövlət komissiyası ilə bağlı Sərəncam imzaladı
25 Dekabr 2024 15:44
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb AZƏRTAC
27 Dekabr 2024 13:25
Prezident sərəncam imzaladı Dövlət komissiyası yaradıldı
25 Dekabr 2024 15:18

