Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Uçuruma aparan yol! filmində polisin qəhrəmanlığı öz əksini tapacaq

Uçuruma aparan yol! filmində polisin qəhrəmanlığı öz əksini tapacaq

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uçuruma aparan yol!” adlı layihənin icra edəcək.

Layihə ilə bağlı fikirlərini Modern.az-la bölüşən təşkilatın sədri Ramiz Alıyev öncə layinənin məqsədi barədə məlumat verib.

Bildirilib ki, layihənin əsas məqsədinin hökumətin insan alverinə qarşı apardığı mübarizədə vətəndaş cəmiyyətinin rolunu artırmaq olduğunu deyən həmsöhbətimiz problemin aktuallığından bəhs etdi.
“İnsan alveri bütün cəmiyyətləri narahat edən qlobal problemdir. Bu problemə qarşı hökumət, aidiyyatı qurumlar, vətəndaş cəmiyyəti institutları, eləcə də ayrı-ayrı təşkilatların fəaliyyət göstərməyinə baxmayaraq, problemin birbaşa həlli mümkün deyil. Səbəb də odur ki, zaman kerçdikcə bu istiqamətdə fəaliyyət göstərən qruplar öz məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Həm cinsi, həm də məcburi əmək xidmətləri ilə bağlı edilən “xüsusi” təkliflər insanların asanlıqla insan alveri qurbanına çevrilməsinə şərait yaradır. Bu baxımdan insan alverinə qarşı mübarizə sahəsində davamlı maarifləndirmə işinin həyata keçirilməsi labüddür. Bu həm qəbul olunan Dövlət Proqramının icrasına, həm də Azərbaycanın bu istiqamətdə qoşulduğu beynəlxalq Konvensiyaların yerinə yetirilməsində müsbət nəticələrin əldə olmasına rəvac verəcək”.

R.Alıyev qeyd etdi ki, insan alveri geniş sferada özünü göstərməkdədir:

“Son zamanlar insan alverində əməyin istismarı və aldadıcı təkliflərlə insan alveri qurbanı olanların sayı artmaqdadır. Təşkilatımızın həm İnsan Alverinə Qarşı Mübarizə  Baş İdarəsinin rəsmi saytında, eyni zamanda sosial şəbəkələrdə apardığı araşdırmalar zamanı məlum olub ki, son zamanlarda xaricdə təhsil adı altında insanlar aldadılır və asanlıqla qurbana çevrilirlər. Bu istiqamətdə təşkilata 2024-cü ildə edilən müraciətlərdən belə aydın olur ki, xaricdə cəlbedici Ali Təhsil imkanları təklif edən “işbazlar”ın əsas məqsədi qurbanları asanlıqla ələ almaq, onlardan istifadə etməkdir. Biz insan alverinə qarşı mübarizə sahəsi üzrə davamlı olaraq layihələr və maarifləndirici tədbirlər həyata keçiririk. Bu istiqamətdə keçirdiyimiz görüşlər əsnasında deyə bilərik ki, aidiyyatı qurumlarla yanaşı vətəndaş cəmiyyətinin imkanlarından istifadə vacibdir. Bu baxımdan təşkilat olaraq insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbirlərinin təşkili istiqamətində növbəti layihə keçirməyə qərar verdik”.
Təşkilat sədrinin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının illik məruzəsinə əsasən, hər beş insan alveri qurbanından biri yetkinlik yaşına çatmayan gənclərdir:

“İnsan alveri qurbanlarının sayının artmasına əsaslanaraq, bir çox ölkədə insan alveri ilə məşğul olan insanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün normativ hüquqi aktlar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. “Milli Fəaliyyət Planı”nda da göstərilib ki, vətəndaş cəmiyyəti bu sahədə maarifləndirmə tədbirlərini daha genişləndirməlidir. Daxili İşlər Nazirliyi, bu sahədə ixtisaslaşmış  Qeyri-Hökumət Təşkilatları, bölgələr üzrə fəaliyyət göstərən sosial işçilər, kütləvi informasiya vasitələri insan alverinə qarşı mübarizəyə dair maarifləndirmə işlərində ən vacib və aparıcı qüvvələrdir. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə  Baş İdarəsi daima qeyd edilən məsələlər üzrə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq edir, maarifləndirmə işlərinin aparılmasında birgə fəaliyyət göstərirlər”.

R.Alıyev sonda qeyd etdi ki, layihə çərçivəsində 7 dəqiqəlik qısametrajlı film çəkiləcək:

“QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə, Daxili İşlər Nazirliyinin isə təşkilati dəstəyi ilə ərsəyə gələcək filmin Bakı və Sumqayıt şəhərlərində təqdimatı keçiriləcək. Eyni zamanda filmin youtube və digər sosial şəbəkələr üzrə geniş şəkildə yayımı reallaşdırılacaq. Çəkilən qısametrajlı film televizya kanallarına da təqdim olunacaq. İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı bu günə qədər  bu səpkidən olan bir neçə filmin, serialın müəllifidir. Biz filmlərimizdə insan alveri qurbanlarının acı talelərini göstərməklə bərabər, Azərbaycan polisinin işinə necə məsuliyyət və şərəflə yanaşdığını nümayiş etdiririk. Dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisi bütün dünya ölkələrində  polislərə nümunə göstərilir. Polisi və digər hüquq mühafizə orqanlarının fəaliyyətinin nəticəsidir ki, ölkədə sabitlik hökm sürür. Azərbaycan polisi bütün dönəmlərdə dövlətinə, xalqına sədaqətlə xidmət edib, hər bir çətinlikdə öz ali rəhbərinin yanında olub. Son illərdə istər pandemiya zamanı, istərsə də Vətən müharibəsi vaxtı Azərbaycan polisi böyük sınaqlardan üzüağ çıxdı. Düzdü, həmin vaxtı polisə qarşı qarayaxma kampaniyaları aparanlar oldu, elə indi də var. Əlbətdə ki, onların mənfur məqsədi məlumdur. 
Hesab edirəm ki, biz vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq  heç bir zaman imkan verə bilmərik ki, ictimai-əsayişimizi qoruyan, sabitliyimizi təmin edən polis orqanlarına kimlərsə ləkə vursun. Son 5 ildə mən, xüsusilə, deyə bilərəm ki, cəmiyyətimizdə gənclərimizin polis sisteminə marağı daha da artıb. Buna səbəb kimi polis orqanlarına yeni qatılan gənclərin həm xarici görünüşü, fiziki sağlamlığı eyni zamanda polisin cinayətkarlara qarşı apardığı qətiyyətli mübarizə dayanır.  Daxili işləri naziri general-polkovnik cənab Vilayət Eyvazovun demək olar ki, hər ay Bakıda və bölgələrdə polis sıralarına qoşulmaq istəyən gəncləri şəxsən seçməsi isə həmin gənclərdə ruh yüksəkliyi yaradır.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Aprel 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri