Icma.az
close
up
RU
Dövlət Komissiyası: Yanvar iyul aylarında narkotik vasitələrlə bağlı 5 min 214 cinayət faktı aşkarlanıb

Dövlət Komissiyası: Yanvar iyul aylarında narkotik vasitələrlə bağlı 5 min 214 cinayət faktı aşkarlanıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 avqust, AZƏRTAC

2025-ci ilin yanvar-iyul ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib. Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5 min 214 cinayət faktı aşkarlanıb. Onlardan 1632-si narkotik vasitələrin qanunsuz satışı, 3 min 453-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 127-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 949 kiloqram 473 min 018 qram narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 335 kiloqram 708 min 473 qramını marixuana, 229 kiloqram 897,55 qramını heroin, 93 kiloqram 162 min 747 qramını tiryək, 51 kiloqram 263 min 838 qramını həşiş, 138 kiloqram 937,107 qramını digər narkotik vasitələr və 100 kiloqram 503 min 303 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 5 min 183 ədəd metadon, 14 min 808 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 797,6 hektar sahədən yaş kütləsi 254 ton 955 kiloqram olan 2 milyon 469 min 164 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 949 kiloqram 473 min 018 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 126 milyon 71 min kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3 min 184 nəfər cəlb edilib, həmin şəxslərdən 3 min 84-ü kişi, 100-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 64-ü xarici ölkə vətəndaşından ümumilikdə 722 kiloqram 267 min 845 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271 min 772 qram çətənə bitkisi götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 144 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 080 kiloqram 232 min 238 qram və 5 min 183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 min 194 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə aşkarlanmış cinayətlər 159 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 517 kiloqram 494 min 153 qram nakotik vasitə, psixotrop maddə maddə müsadirə edilib.

1490 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 080 kiloqram 087,29 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar olunan faktların ümumi sayı 1244, qanunsuz satış ilə bağlı faktların sayı 342, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 860, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 41 bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 1, qaçaqmalçılıqla bağlı faktların sayı 13, qrup halında olan cinayətlərin sayı 40 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1216 nəfər azalıb. Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 649 kiloqram 641 min 169 qram artıb.

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 213 kiloqram 760 min 745 qram (48,2 faiz), tiryəkin çəkisi 10 kiloqram 110 min 294 qram (6,9 faiz), psixotrop maddələrin çəkisi 37 kiloqram 265 min 225 qram (27,1 faiz) azalıb.

Müsadirə olunmuş müxtəlif növ narkotik vasitələrin 4 ton 335 kiloqram 708 min 473 qramını (87,5 faiz) marixuana təşkil edib. Onun da 3 ton 870 kiloqram 710 min 498 qramı (89,2 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 464 kiloqram 997 min 975 qramı (10,7 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrıə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

İşçi Qrupun təşkilatçılığı ilə cari il yanvarın 28-də və mayın 29-30-da qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiya tərəfindən ümumilikdə 2 min 358 məhkəmə qərarına əsasən barəsində məhvetmə qərarı qəbul olunmuş 10 ton 121 kiloqram 801 min 942 qram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilib.

Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 36 rayon və şəhərdə 1436 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 37 kiloqram 723,8 qram və 21 həb müxtəlif narkotik vasitələr, psixotrop maddələr, 4 kapsul güclü təsir edən maddə və 256 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 54 min 582 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3 min 30 nəfərdən 1717 nəfərinin istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin olunub.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 291, QİÇS-lə Mübarizə Mərkəzində 336, Sumqayıt Narkoloji Mərkəzində 136 nəfər) 763 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin iyul ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 35 (4,7 faiz) nəfəri inyekson narkotik istifadəçiləri olub.

2025 ilin yanvar-iyul ayları ərzində 802 qaynar xətt telefon zəng xidmətinə 600 vətəndaş müraciəti daxil olub ki, onların 63-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 42-si narkotik asılılıqdan müalicə, 495-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 105 məktub ünvanlanıb.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:17
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see201

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see145

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see143

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see141

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see125

Rusiya yenidən kiberhücumlarda ittiham olunur...

13 Avqust 2025 22:17see123

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see122

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see121

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see120

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see120

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see120

Azərbaycanda abortların sayı açıqlandı Yeniyetmələr də var

13 Avqust 2025 19:08see118

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see118

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see118

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see118

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see117

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see117

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see117

Neftçi nin baş icraçı direktoru: Çempionluq haqqında danışmaq tez olar

13 Avqust 2025 19:24see116

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 19:26see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri