Icma.az
close
up
RU
Menu

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

Xarici diplomlar hansı hallarda tanınır? (VİDEO)

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

Kənanla Afranın serialında o da olacaq Foto

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

Dünya çempionu klubunu dəyişdi

Sərnişinlərə YENİLİK: Bu terminallar istifadəyə verildi KONKRET

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi Bayramov

Gürcüstanın XİN rəhbəri: Ölkəmizə xarici müdaxilələr açıq şəkildə baş verir

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

Sənədsiz evlərə necə “bəraət” veriləcək?

ABŞ da atışma zamanı 3 polis öldürülüb

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

Yanvar avqust aylarında narkotik vasitələrlə bağlı 5 min 874 cinayət faktı aşkar edilib

Yanvar avqust aylarında narkotik vasitələrlə bağlı 5 min 874 cinayət faktı aşkar edilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5 min 874 cinayət faktı aşkarlanıb. Onlardan 1818-i narkotik vasitələrin qanunsuz satışı, 3 min 890-ı narkotik vasitələrin qanunsuz əldə edilib-saxlanılması, 164-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 992 kiloqram 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 306 kiloqram 678,863 qramını marixuana, 250 kiloqram 966,55 qramını heroin, 119 kiloqram 866,229 qramını tiryək, 60 kiloqram 593,938 qramını həşiş, 150 kiloqram 165,907 qramını digər narkotik vasitələr və 103 kiloqram 759,433 qramını psixotrop maddələr təşkil edib. Həmçinin həmin dövr ərzində 5 min 183 ədəd metadon, 16 min 363 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən çıxarılıb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1041 hektar sahədən yaş kütləsi 294 ton 355 kiloqram olan 2 milyon 533 min 279 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 992 kiloqram 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 152 milyon 430 min kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3 min 614 nəfər cəlb edilib, onlardan 3 min 499-i kişi, 115-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 67 nəfər xarici ölkə vətəndaşından ümumilikdə 900 kiloqram 251,475 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qram çətənə bitkisi götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 160 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 504 kiloqram 596,74 qram və 5 min 183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 min 194 ədəd həb güclü təsir edən maddə çıxarılıb.Ümumilikdə aşkarlanmış cinayətlərin 183-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 737 kiloqram 722,253 qram nakotik vasitə, psixotrop maddə maddə və 27,3 qram güclü təsir edən maddə müsadirə edilib.

1744 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 377 kiloqram 232,99 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkarlanmış faktların ümumi sayı 1296, qanunsuz satış ilə bağlı faktların sayı 410, satış məqsədi olmadan qanunsuz əldə edilib-saxlanılması ilə əlaqədar faktların sayı 846, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 38, həmin kateqoriyadan olan digər cinayət faktlarının sayı 2, qaçaqmalçılıqla bağlı faktların sayı 4, qrup halında olan cinayətlərin sayı 53 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 211 nəfər azalıb. Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 899 kiloqram 162,172 qram artıb.

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 220 kiloqram 238,409 qram, tiryəkin çəkisi 8 kiloqram 124,12 qram, psixotrop maddələrin çəkisi 60 kiloqram 442,664 qram azalıb.

Müsadirə olunmuş müxtəlif növ narkotik vasitələrin 5 ton 306 kiloqram 678,863 qramını (88,5 faiz) marixuana təşkil edib. Onun da 4 ton 662 kiloqram 710,498 qramı (88 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 644 kiloqram 997,975 qramı (12 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrıə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci il yanvarın 28-i, mayın 29-u və 30-da qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 2 min 358 məhkəmə qərarına əsasən barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kiloqram 801,942 qram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilib.

Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 40 rayon və şəhərdə 1726 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 43 kiloqram 58,379 qram və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 279 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 63 min 133 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3 min 588 nəfərdən 1998 nəfərinin istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin olunub.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 285, QİÇS-lə Mübarizə Mərkəzində 321, Sumqayıt Narkoloji Mərkəzində 134 nəfər) 740 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hallarının sayında azalma müşahidə olunur. Bu il avqustun axırına kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 42 (5 faizi) nəfəri inyekson narkotik istifadəçiləri olub.

Bu ilin yanvar-avqust ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 762 vətəndaş müraciəti daxil olub ki, onların 82-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 46-sı narkotik asılılıqdan müalicə, 634-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 128 məktub ünvanlanıb.

“802” qaynar xətt telefon zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

18 Sentyabr 2025 00:06see478

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 Sentyabr 2025 17:42see390

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

18 Sentyabr 2025 01:23see239

Xarici diplomlar hansı hallarda tanınır? (VİDEO)

16 Sentyabr 2025 22:20see173

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

17 Sentyabr 2025 07:44see156

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

17 Sentyabr 2025 19:47see151

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

16 Sentyabr 2025 23:35see148

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

16 Sentyabr 2025 21:17see147

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

16 Sentyabr 2025 19:23see146

Kənanla Afranın serialında o da olacaq Foto

17 Sentyabr 2025 17:38see140

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

17 Sentyabr 2025 04:57see139

Dünya çempionu klubunu dəyişdi

17 Sentyabr 2025 23:46see136

Sərnişinlərə YENİLİK: Bu terminallar istifadəyə verildi KONKRET

17 Sentyabr 2025 00:09see136

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

18 Sentyabr 2025 01:25see134

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi Bayramov

16 Sentyabr 2025 18:32see133

Gürcüstanın XİN rəhbəri: Ölkəmizə xarici müdaxilələr açıq şəkildə baş verir

16 Sentyabr 2025 23:19see130

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

17 Sentyabr 2025 02:02see130

Sənədsiz evlərə necə “bəraət” veriləcək?

17 Sentyabr 2025 10:12see126

ABŞ da atışma zamanı 3 polis öldürülüb

18 Sentyabr 2025 02:52see125

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

18 Sentyabr 2025 00:37see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri