Dövlət Komitəsi: Şuşada qala divarları qorunub saxlanacaq
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şuşada qala divarları qorunub saxlanacaq.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Şuşanın Baş Planında qala divarlarının yer almadığı iddia olunub, bununla bağlı fotolar da yayılıb.
Dövlət Komitəsindən isə bildirilib ki, Şuşa şəhərinin baş plan layihəsi çərçivəsində şəhərin memarlıq üslubuna dair müxtəlif konseptual həllər işlənib: “Bu həllər şəhərin perspektiv inkişaf dövründə icra olunacaq memarlıq layihələri üçün istiqamətverici rol oynayır. Qala divarları da daxil olmaqla, Şuşa ərazisində mövcud olan və dövlət mühafizəsinə götürülmüş bütün daşınmaz tarix və mədəniyyət abidələrinin qorunub saxlanması baş planda nəzərə alınıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 03 Aprel 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















