Dövlət Komitəsi: Yataqxanada yanğn nəticəsində 13 keçmiş məcburi köçkün ailəsinə ziyan dəyib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 1 №-li yataqxanasının binasında yanğınla bağlı ilkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirililib.
Qeyd olunub ki, yanğın barədə məlumat daxil olduqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin nümayəndələri hadisə yerinə yollanıblar: “İlkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yaşayış sahələri tamamilə yararsız hala düşmüş ailələrin müvəqqəti yeləşdirilməsi və onlara dəyən maddi ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Yararsız vəziyyətdəki yaşayış sahələrinin qısa zamanda təmir edilməsi nəzərdə tutulur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 Yanvar 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















