Icma.az
close
up
RU
Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Danimarkanın “Seismo” media qurumunun jurnalistləri John Nielsen Nuovo Praestegaard və Julius Christiansenlə görüşüb.

Modern.az xəbər verir ki, görüşün məqsədi Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, postmünaqişə dövrü və keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə bağlı hazırlanacaq məqalələr üçün müsahibənin alınmasıdır.

Komitə sədri qonaqlara Ermənistanın deportasiya və işğalçılıq siyasəti, onun tarixi kökləri, bu siyasətin səbəb olduğu qaçqın və məcburi köçkün problemi, nəticədə soydaşlarımızın məruz qaldığı məhrumiyyətlər haqqında ətraflı məlumat verib.  Qeyd edilib ki, münaqişənin ilk illərində məcburi köçkünlər müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, bir qrupu isə çadır şəhərciklərində çətin və ağır şəraitdə məskunlaşıb. Dövlət tərəfindən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müasir standartlara cavab verən yaşayış kompleksləri tikilib-istifadəyə verilib. Buna baxmayaraq hələ də ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər var. Hər bir məcburi köçkün dövlətin maddi rifah halının yaxşılaşdırılması, təhsil, səhiyyə kimi sosial xidmətləri özündə əks etdirən güzəşt və imtiyazlarından yararlanır.  

Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi bildirilib.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan öz suverenliyini tam bərpa edib, yüz minlərlə məcburi köçkünün doğma yurda beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətlə geri dönməsi üçün real imkan yaranıb. Bununla əlaqədar olaraq müvafiq Dövlət Proqramı qəbul edilib, onun Tədbirlər Planı təsdiqlənib və uğurla icra olunur. Buna baxmayaraq, işğal dövründə ərazilərin minalarla çirkləndirilməsi soydaşlarımızın doğma yurdlarına qayıdışını ləngidir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargah sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə məşğul olur.  

Jurnalistlər səmimi söhbətə görə təşəkkür edib, səfərin Azərbaycan həqiqətləri barədə beynəlxalq ictimaiyyətə obyektiv məlumat çatdırmaq məqsədi daşıdığını vurğulayıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri