Icma.az
close
up
RU
Dövlət Komitəsinin sədri ABŞdə görüş keçirib

Dövlət Komitəsinin sədri ABŞdə görüş keçirib

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfər çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondu tərəfindən hökumət nümayəndələri, elmi-tədqiqat institutlarının ekspertləri, dini icmaların və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri üçün təşkil olunan görüşdə iştirak edib.
Newscenter.az xəbər verir ki, Ramin Məmmədov görüş zamanı Azərbaycandakı sağlam dini mühit, nümunəvi birgəyaşayış ənənəsi haqqında danışaraq, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər, tolerant və multikultural dəyərlərin qorunması, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlərə toxunub. Bildirib ki, ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqlara malikdir. Ölkəmizdə müxtəlif dinlərə aid dini ibadət yerlərinin inşasına, dini abidələrin qorunmasına və bərpasına xüsusi diqqət göstərilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu unikal tolerantlıq mühitinin möhkəmlənməsi, bəşəri dəyərlərin inkişafı istiqamətində böyük layihələr həyata keçirir.
Görüş iştirakçıları Azərbaycanda bütün dini konfessiya nümayəndələrinə göstərilən qayğıdan, eyni zamanda dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı istiamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər. Qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edən təşəbbüsləri dəstəklədiklərini vurğulayıblar.
Görüşdə ABŞ-nin Yuta ştatında fəaliyyət göstərən İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsinin Dinlərarası və Beynəlxalq əlaqələr üzrə direktorları Conatan Ammons, Castin Hardinq, Müsəlman İcması Mərkəzinin rəhbəri Salman Məsud, Efiopiya Pravoslav Kilsəsi icmasının rəhbəri Leul Mengistu, İmam əl-Buxari adına Daşkənd İslam İnstitutunun rektoru Muxammadolim Muxamadsidikov, İmam Buxari Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin direktoru Şovosil Ziyodov iştirak ediblər.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Noyabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri