İş adamı arvadını evində iki kişi ilə tutdu Əllərini bağlayıb öldürdülər VİDEO
Icma.az bildirir, Lent az portalına istinadən.
Türkiyədə 49 yaşlı iş adamı Fedai Karagöz evində əlləri və ayaqları bağlanmış vəziyyətdə ölü tapılıb. Hadisə ilə bağlı həyat yoldaşı və iki kişi saxlanılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, iş səfərindən gözləniləndən tez qayıdan Karagözün evdə həyat yoldaşını iki kişi ilə görüb, ondan sonra tərəflər arasında mübahisə yaranıb.
Evdən səs-küy və dava səsləri eşidən qonşular polisə məlumat veriblər. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. Qapı açılmadığı üçün çilingərin köməyi ilə mənzilə daxil olan əməkdaşlar Karagözü qonaq otağında əlləri və ayaqları iplə bağlanmış vəziyyətdə aşkarlayıblar.
Karagözün meyiti ekspertizaya göndərilib. İlkin yarılma hesabatında onun bədənində döyülmə izlərinin olduğu və boğularaq öldüyünün müəyyən edildiyi bildirilir.
Hadisə zamanı evdə olan həyat yoldaşı və iki kişi saxlanılıb.
İstintaq davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 Noyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















