Icma.az
close
up
RU
Dövlət Komitəsinin sədri Şirvan şəhərindəki məscidlərdə din xadimləri ilə görüşüb AZƏRTAC

Dövlət Komitəsinin sədri Şirvan şəhərindəki məscidlərdə din xadimləri ilə görüşüb AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şirvan şəhərində yerləşən “Cümə”, “Şirvan şəhər məscidi” və “Zeynalabidin” məscidlərini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, din xadimləri ilə görüşdə Ramin Məmmədov Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində müəyyən etdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ölkə rəhbərliyinin dinlərarası dialoqun inkişafına verdiyi dəstəyin mühüm əhəmiyyətə malik olduğunu, müxtəlif dini konfessiyaların birgə fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradıldığını deyib. Həmçinin dini icmalar arasında əməkdaşlıq, qarşılıqlı hörmət və dözümlülük mühitinin yaradılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin cəmiyyətdəki müxtəlifliyi qorumağa və inkişaf etdirməyə yönəldiyini qeyd edib. Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edib.

Keçirilən görüşlərdə dini maarifləndirmə məsələsi xüsusi yer alıb. Komitə sədri İslam dininin düzgün şəkildə təbliğinin vacibliyini diqqətə çatdırıb. Dövlətin dini maarifləndirmə sahəsindəki siyasətinin xüsusilə gənclər arasında dini dəyərlərin düzgün formada aşılanmasına yönəldiyini, bu sahədəki fəaliyyətlərin cəmiyyətin mənəvi və mədəni inkişafına töhfə verməyə xidmət etdiyini bildirib. Qeyd edib ki, din xadimləri gənclərimizin kənar qüvvələrin təsirlərindən qorunması üçün dini bilgilərin təhriflərdən uzaq formada çatdırılmasında xüsusi fəallıq nümayiş etdirməlidirlər.

Din xadimləri dini icmaların, milli-mənəvi dəyərlərin və vəhdət ənənələrinin inkişafına dövlət səviyyəsində göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Görüşlərdə görüləcək işlərə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see159

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri