Icma.az
close
up
RU
Dövlət Məşğulluq Agentliyində illərdir növbədə olsaq da, işlə təmin etmirlər ŞİKAYƏTÇİNİN İDDİASINA RƏSMİ REAKSİYA

Dövlət Məşğulluq Agentliyində illərdir növbədə olsaq da, işlə təmin etmirlər ŞİKAYƏTÇİNİN İDDİASINA RƏSMİ REAKSİYA

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Cəlilabad rayonu, Üçtəpə kənd sakini Əhmədov Laçın Telman oğlu və həyat yoldaşı Əhmədova Təzəgül Kamil qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, Dövlət Məşğulluq Agentliyində illərdir növbədə olsalar da, onları işlə təmin etmirlər:

“Mən, Əhmədov Laçın Telman oğlu və həyat yoldaşım Əhmədova Təzəgül Kamil qızı, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Artıq yorulmuşuq. İllərdir işsizlikdən şikayətçiyik. Dəfələrlə cənab Prezidentə və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri (keçmiş) Sahil Babayevə müraciətlər ünvanlamışıq.

İcra hakimiyyətindən bildirirlər ki, şikayət etmə, sənə iş verəcəyik. Sonradan öyrənirəm ki, işlər pul qarşılığında satılır.

Sizdən xahiş edirik ki, müraciətimizi aidiyyəti qurumlara çatdırın, bəlkə bizim işlə təmin olunmamıza göstəriş verilə". 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, Cəlilabad rayonu Üçtəpə kənd sakini Əhmədov Laçın Telman oğlu məşğulluq sistemində qeydiyyatdadır. Vətəndaşın məşğulluğuna dəstək göstərilməsi məqsədilə bir neçə dəfə görüş keçirilib və məşğulluq xidmətləri ilə bağlı məlumat verilib: "Sonuncu dəfə 18 fevral 2025-ci il tarixində Laçın Əhmədova Aqromall MMC-də satıcı və Universal Treydi X1 MMC-də kassir işləri təklif olunub. Lakin vətəndaş göndərişlər üzrə işəgötürənə müraciət etməyib. Qeyd edib ki, istəyi yalnız Mənzil -İstismar İdarəsində, Azərpoçt MMC-də işlə təmin olunmaqdır. 

Laçın Əhmədovun həyat yoldaşı Əhmədova Təzəgül Kamil qızı da məşğulluq sistemində qeydiyyatdadır.  Onun istəyi isə yalnız yaşadığı Üçtəpə kənd tam orta məktəbində xadimə işi ilə təmin olunmasına köməklik göstərilməsidir. Hazırda vakansiya bankında Təzəgül Əhmədovanın istəyinə uyğun münasib iş olmadığından ona iş təklif etmək mümkün olmayıb. Təzəgül Əhmədova yaşadığı kənd tam orta məktəbində qeydiyyata götürülüb və vakansiya yarandığı təqdirdə dəstək göstəriləcək".

Jalə FAMİLQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see390

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see158

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see116

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see115

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see115

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see115

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri