Icma.az
close
up
RU
Dövlət Miqrasiya Xidməti “İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirib

Dövlət Miqrasiya Xidməti “İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman)  “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması, insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlarına dəstək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən də silsilə tədbirlər təşkil olunub.

Bu istiqamətdə Naxçıvan regional miqrasiya baş idarəsi və Şəki, Şirvan, Yevlax, Gəncə, Ağsu, Xaçmaz, Lənkəran regional miqrasiya idarələri tərəfindən Qəbələ, Şirvan, Ucar, Gəncə, Qobustan, Şabran, Lənkəran və Naxçıvanda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə Ombudsman aparatının regionlar üzrə nümayəndələri, rayon icra hakimiyyətlərinin ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, hüquq mühafizə orqanları əməkdaşları, sahibkarlar, işəgötürənlər, təhsil işçiləri, tələbələr,  ictimaiyyət nümayəndələri, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Tədbirlər “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”, “Əcnəbi turistlərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş hüquqları”, “Tənzimlənməyən vəziyyətdə olan  əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları”, “Hüquqlarımızı tanıyaq və qoruyaq”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusiya hüquqları” mövzularına həsr olunub.

Maarifləndirmə tədbirlərində Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbi və vətəndaşlığı  olmayan şəxslərin hüquq və vəzifələri, miqrantların həyat və fəaliyyəti üçün yaradılan şərait, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumatlar verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see311

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri