Icma.az
close
up
RU
Dövlət müəssisələrinin özəlləşdirilməsi, yeni iqtisadi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər

Dövlət müəssisələrinin özəlləşdirilməsi, yeni iqtisadi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə "AZCON Holding"ə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində görüləcək işlər və strateji layihələrə özəl sektorun cəlb olunması məsələlərini müzakirə edib. Bizimyol.info Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Rəşad Nəbiyevin ADB-nin bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüşü zamanı baş tutub.Dövlət şirkətlərinin ôzəlləşdirilməsi həmin şirkətlərin ôzünə və Azərbaycanın iqtisadiyyatına necə təsir edə bilər?

Məsələ ilə bağlı Bizimyol.info saytına açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, özəlləşdirmə prosesi düzgün aparılarsa, bu, Azərbaycanın iqtisadi rəqabət qabiliyyətini yüksəldəcək: “Bu proses Azərbaycanın iqtisadi strukturunda keyfiyyət dəyişikliyinə səbəb ola bilər. Lakin uğurlu nəticə üçün şəffaflıq, sosial balans və mərhələli həyata keçirmə vacib amillər sayılır. Dövlət müəssisələrinin özəlləşdirilməsi, ilk növbədə, idarəetmə və əməliyyat səmərəliliyini artırmaq məqsədi daşıyır. Özəl şirkətlər bazar reallıqları və rəqabət təzyiqi altında fəaliyyət göstərdikləri üçün xərclərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və innovativ texnologiyaların tətbiqi kimi istiqamətlərdə daha çevik qərarlar qəbul edirlər. Özəlləşdirmə prosesi düzgün aparılarsa, bu, Azərbaycanın iqtisadi rəqabət qabiliyyətini yüksəldəcək və dövlətin iqtisadiyyatda payını tədricən azaldacaq”.

Akif Nəsirli

Akif Nəsirli vurğulayıb ki, Azərbaycan üçün dövlət şirkətlərinin özəlləşdirilməsi yeni iqtisadi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər: “Hazırda bəzi iri dövlət şirkətləri — xüsusən də enerji, nəqliyyat və kommunikasiya sahələrində — büdcədən subsidiya və maliyyə dəstəyi alır. Özəlləşdirmə bu yükü azaldacaq və dövlət vəsaitlərinin təhsil, səhiyyə və sosial müdafiə kimi prioritet sahələrə yönəldilməsinə imkan yaradacaq. Eyni zamanda ADB kimi beynəlxalq maliyyə qurumlarının prosesə qoşulması xarici investorlar üçün etimad siqnalı sayılır. Bu, təkcə özəlləşdirilən müəssisələrə deyil, həm də bütövlükdə ölkə iqtisadiyyatına yeni kapital və idarəetmə təcrübəsi gətirəcək.

Prosesin sosial tərəfi də diqqətdən kənarda qalmamalıdır. Özəlləşdirmə adətən struktur dəyişiklikləri, idarəetmə islahatları və işçi ixtisarları ilə müşayiət olunur. Qısamüddətli perspektivdə bu, əmək bazarında gərginlik yarada bilər. Lakin bu risklərin azaldılması üçün hökumət sosial müdafiə mexanizmlərini, təkrar peşə hazırlığı proqramlarını və əmək bazarına adaptasiya siyasətlərini gücləndirməlidir.

Özəlləşdirmə sadəcə mülkiyyətin dəyişməsi deyil, həm də dövlətin iqtisadiyyatda rolunun yenidən müəyyənləşdirilməsi prosesidir. Bu, uzunmüddətli dövrdə liberal və rəqabətədavamlı iqtisadi modelə keçidi sürətləndirə bilər.

ADB-nin dəstəyi ilə həyata keçirilən bu cür təşəbbüslər regional inteqrasiyanı, rəqəmsal inkişafı və özəl sektorun payının artmasını stimullaşdıracaq. Yəni Azərbaycan üçün dövlət şirkətlərinin özəlləşdirilməsi yeni iqtisadi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Proses şəffaf, mərhələli və sosial ədalət prinsipləri ilə aparılarsa, nəticədə ölkə iqtisadiyyatı daha dinamik, dayanıqlı və investorlar üçün cəlbedici hala gələcək. Lakin bu keçid mərhələsində ən vacib məsələ ictimai etimadın qorunması və milli iqtisadi maraqların balanslaşdırılması olacaq”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri