Dövlət Neft Fondunun səhm gəlirləri 3 ayda 1 mlrd. dollardan çox artıb EKSKLÜZİV
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhm portfeli üzrə gəlirləri 3 ayda 1 milyard dollardan çox artıb.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Fonddan bildirilib. Belə ki, ARDNF indiyə kimi, səhm indeksləri üzrə 7,1 mlrd. dollar investisiya edib. Fondun yaranma tarixindən bu il oktyabrın 1-nə kimi bu investisiyalardan əldə etdiyi gəlirlər isə 8,8 mlrd. dollara çatıb. Halbuki, bu rəqəm ilin ilk yarısı üzrə 7,7 mlrd. dollar təşkil etmişdi. Başqa sözlə, bir rübdə Fondun səhm üzrə gəlirləri 14,3% və ya 1,1 mlrd. dollar artıb. Bu isə qısa müddətdə yüksək göstərici hesab olunur.
Ümumilikdə, ARDNF-nin səhm portfelinin dəyəri üç ayda 14,8 mlrd. dollardan 15,9 mlrd. dollara yüksəlib.
Fonddan bildirilib ki, 2025-ci ilin üçüncü rübündə MSCI World indeksində müşahidə olunan artım əsasən qlobal səhm bazarlarında, xüsusilə inkişaf etmiş ölkələrdə qeydə alınan genişmiqyaslı qiymət yüksəlişi ilə izah olunur.
“Müsbət makroiqtisadi göstəricilər, gözləntiləri üstələyən korporativ maliyyə nəticələri, eləcə də texnologiya və süni intellekt (AI) sektorlarına artan maraq investorların riskli aktivlərə yönəlməsini gücləndirib”- açıqlamada əlavə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Dekabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















