Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Dövlət oğurlanır: kartel federasiyasından canlı reportaj

Dövlət oğurlanır: kartel federasiyasından canlı reportaj

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya xəritəsində Meksika hələ də suveren dövlət kimi görünür - tanınmış sərhədləri, legitim hökuməti, ordusu və hakimiyyətin bütün atributları ilə. Amma reallıqda, Latın Amerikasının beşinci iqtisadiyyatında tamamilə başqa, paralel idarəetmə sistemi mövcuddur. Burada qanunlar parlamentdə deyil, narkokartellərin gizli qərargahlarında yazılır; vergi toplamaq əvəzinə "qoruma haqqı" ödənilir; seçki bülletenləri isə kirli silahların güllələri qarşısında heç bir dəyər daşımır. Bu, sadəcə "dövlət içində dövlət" deyil. Bu, cinayət utopiyasının girovuna çevrilmiş bir dövlətdir - burada zorakılıq valyuta, cəzasızlıq isə konstitusiyadır.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Nəsillərlə davam edən müharibə: qələbə əvəzinə statistika

2006-cı ilin dekabrında Meksikanın o vaxtkı prezidenti Felipə Kalderon elə bir əmr verdi ki, ölkənin taleyini birdəfəlik dəyişdi. Federal qoşunlar narkokartellər arasındakı toqquşmaları yatırmaq üçün Miçoakan ştatına yeridildi. Həmin an artıq rəsmi olaraq "narkotiklərlə müharibə"nin başlanğıcı sayılır. Müharibə ki, demək olar iki onillikdir davam edir və Meksika bu savaşı fəlakətli hesablarla uduzur.

Son 19 ildə ölkə qan dəryasına çevrilib. 2015-ci ildən bu yana kartellərlə təhlükəsizlik qüvvələri arasındakı toqquşmaların, eləcə də qruplaşmaların öz aralarındakı qırğınların qurbanı 300 mindən çox insan olub. Müqayisə üçün: bu rəqəm Böyük Britaniya ordusunun İkinci Dünya müharibəsindəki bütün itkilərindən çoxdur. Təkcə 2024-cü ildə Meksikada 33 min qətl törədilib - gündəlik 85 nəfər. Hakimiyyət 2025-ci ilin aprelində bu rəqəmin 23 faiz azalaraq gündə 63,5-ə endiyini açıqlasa da, zorakılığın miqyası hələ də dəhşətlidir. Qətl göstəricisi ABŞ-la müqayisədə beş dəfə yüksəkdir.

Amma qətllər yalnız buzdağının görünən hissəsidir. Milli Axtarış Komissiyası 2010-cu ildən bu yana 103 mindən çox itkin düşən insanın qeydiyyatını aparır. Onların çoxu zorla yoxa çıxarılıb. 2006-2023-cü illər arasında ölkənin müxtəlif yerlərində 5 500-dən çox gizli məzarlıq aşkar edilib. Qurbanların çoxunun cəsədləri ya yandırılıb, ya da kimyəvi maddələrlə əridilib - identifikasiya imkansız hala gətirilib. Bu, terrorun sənaye səviyyəsinə çatdırılmış texnologiyasıdır.

Güc gücə qarşı: kartellərə sərf edən asimmetriya

Meksika müharibəsinin ən böyük paradoksu bundadır ki, hökumət hərbi gücü artırdıqca kartellərin nüfuzu daha da böyüyür. 2007-ci ildə cinayətkarlığa qarşı cəbhəyə 40 min əsgər göndərilmişdisə, bu gün onların sayı 100 min nəfəri keçir. Amma analitiklərin hesablamalarına görə, kartellərin silahlı üzvlərinin sayı 185 min nəfərə yaxındır - bu da bütün Meksika ordusunun yarısına bərabərdir.

Onların hərbi arsenalı çox vaxt dövlət ordusunun silahlanmasından da güclüdür. Və ən acı reallıq: bu gücün mənbəyi sərhədin o tayındadır. Hər il ABŞ-dan Meksikaya ən azı 200 min atəşli silah qaçaqmalçılıq yolu ilə keçir. Onlar narkotiklərin daşındığı tunellərlə eyni marşrutdan istifadə edir - sadəcə əks istiqamətdə. Meksika rəsmiləri illərlə həyəcan təbili çalaraq Vaşinqtonu laqeydlikdə ittiham edirlər. Rəqəmlər isə bu ittihamları təsdiqləyir: ABŞ hüquq-mühafizə orqanları üçün qeyri-leqal silah axını prioritet mövzu deyil, baxmayaraq ki, sərhədi "qorumaq zərurəti" barədə pafoslu bəyanatlar ardı-arası kəsilmir.

Hakimiyyətin ürəyinə zərbə: intihar peşəsinə çevrilmiş siyasət

Həqiqi güc ərazilərə nəzarətlə deyil, hakim sinifə oyun qaydalarını diktə etmək bacarığı ilə ölçülür. Meksika kartelləri çoxdan bu mexanizmi də mənimsəyiblər. Ölkədə siyasətçi və ya məmur olmaq - ən təhlükəli peşələrdən biridir.

2024-cü ilin seçkiləri nəticəsində Meksika tarixində ilk dəfə qadın-prezident hakimiyyətə gəldi. Amma bu kampaniya ölkənin siyasi salnaməsinə ən qanlı seçki kimi düşdü. 200-dən artıq namizəd və potensial iddiaçı məhz seçkiyə görə qətlə yetirildi. Bu, "yan təsir" deyildi - bu, kartellərin siyasi meydanı sadiq olmayanlardan təmizləyib gələcək administrasiyalara nəzarəti ələ almaq üçün planlı strategiyası idi.

Terror seçkilərlə bitmir. Integralia konsaltinq şirkətinin "Meksikada siyasi zorakılıq. Yanvar-iyun 2025" adlı hesabatına görə, ilin ilk yarısında 86 aktiv və keçmiş məmur öldürülüb. Avqustda Tамаулипас ştatında Baş Prokurorluğun xüsusi nümayəndəsi Ernesto Vaskesin açıq şəkildə edam edilməsi - klassik hədə-qorxutma nümunəsi idi. Onun "günahı" - kartellərə milyardlar qazandıran yanacaq oğurluqlarını araşdırması idi. Mexiko meri Ximena Qusmanın şəxsi katibinin paytaxtın mərkəzində, müşahidə kameralarının önündə güllələnməsi isə artıq açıq mesajdır: kartellər cəzasızlıqlarını nümayiş etdirir və hakimiyyətin düz ürəyinə çatmaq imkanında olduqlarını göstərirlər.

İqtisadiyyat silahın lüləsi altında: narkotrafikdən kriminal kapitalizmə

"Narkokartel" ifadəsi bu gün əslində köhnəlmiş anlayışdır. Bu, "Amazon"u hələ də "kitab mağazası" adlandırmaq kimidir. Müasir Meksika kartelləri - zorakılıq üzərində qurulmuş yüksək diversifikasiya olunmuş transmilli korporasiyalardır.

İqtisadiyyat və Sülh İnstitutunun (IEP) şok hesabatına görə, 2024-cü ildə təşkilatlanmış cinayətkarlığın Meksika iqtisadiyyatına vurduğu zərər ÜDM-in 18 faizinə çatıb. Ayrı-ayrı ştatlarda bu rəqəm 35 faizə qədər yüksəlir. Bu itkilər səhiyyə büdcəsindən 6 dəfə, təhsil xərclərindən isə 5 dəfə çoxdur. Hər bir vətəndaşa düşən "cinayət vergisi" - 33 905 peso (təxminən 1816 dollar) təşkil edir. 2024-cü ildə inflyasiya 4.21 faiz idi, amma bu "kriminal vergi" olmasaydı, göstərici iki dəfə aşağı olardı.

Raket artıq milli miqyasda sistem problemidir. Meksika İşəgötürənlər Konfederasiyası (COPARMEX) qorxunc statistika təqdim edir: 2015-ci ildən bu yana hədə-qorxu halları 83 faiz artıb. Təkcə 2025-ci ilin ilk üç ayında 6 minə yaxın fakt qeydə alınıb. Amma reallıqda rəqəmlər qat-qat böyükdür - çünki sahibkarların əksəriyyəti cəza qorxusundan susaraq pul ödəməyi üstün tutur.

62 yaşlı təqaüdçü İrma Ernandes Krusun başına gələnlər isə təsadüfi hadisə deyil, gündəlik praktikanın göstəricisidir. O, Verakrusda taksi sürücülüyü ilə məşğul olurdu. Silah lüləsi altında çəkilmiş video-müraciətində həmkarlarına verdiyi mesaj - əslində Meksika kiçik biznesi üçün dövlət qanunlarından daha güclü işləyən "cinayət konstitusiyasıdır".

Qanlı avokado və civə: cinayətin ekologiyası

Kartellərin təsiri iqtisadiyyatın ən gözlənilməz sahələrinə qədər sızıb. Miçoakan - avokadonun dünya paytaxtıdır. Təkcə 2024-cü ildə bu "yaşıl qızıl"ın ixracı Meksikaya 3,42 milyard dollar qazandırıb. Amma bu məhsul qanla suvarılır. Qlobal Transmilli Cinayətkarlığa Qarşı Təşəbbüsün məlumatına görə, yeni plantasiyaların 80 faizi qoruq ərazilərdə qanunsuz salınıb. Torpaqlarını qorumaq istəyən yerli sakinləri əvvəlcə ələ almağa çalışır, sonra isə kartel silahlıları ilə aradan götürürlər. Nəticə - məhv edilmiş biomüxtəliflik, su ehtiyatlarının tükənməsi və mafiyanın bütün sahəyə total nəzarəti.

Cinayətkarlıq hətta milli kimliyin simvolu sayılan tortilla bazarında da qiymət diktə edir. Milli Tortilla Şurasının məlumatına görə, bazarın 15 faizi - təxminən 20 min satış nöqtəsi - kartellərə müntəzəm "haqq" ödəyir. Bu ödəniş birbaşa məhsulun qiymətinə əlavə olunur.

2025-ci ilin yayında isə dünya daha dəhşətli bir faktla tanış oldu. "Xalisko Yeni Nəsil Karteli" Meksikadan Cənubi Amerika ölkələrinə civə qaçaqmalçılığı üzərində milyonlarla dəyərində biznes qurdu. Hər il ən azı 40 ton bu yüksək toksik metal gizli yolla daşınır. O, qeyri-leqal qızıl hasilatında istifadə olunur və proses zamanı civə buxarları həm işçiləri, həm torpağı, həm də suyu və havanı zəhərləyir. Nəticədə bütöv regionların ekosisteminə bərpası mümkün olmayan ziyan dəyir.

Suverenitetin Sxillası ilə müdaxilənin Xaribdası arasında

Meksika bu gün ideal fırtınanın tam mərkəzindədir. Bir tərəfdən - xarici hərbi müdaxiləyə qəti etiraz. Açıq mənbələrdəki məlumatlara görə, Vaşinqton bu məsələni dəfələrlə gündəmə gətirib. Bu, Meksika üçün həm milli suverenitet, həm də qürur məsələsidir. Digər tərəfdən isə - artıq bir nəslin ömrünü udmuş müharibənin gedişini öz gücü ilə dəyişməkdə açıq-aydın acizlik.

Prezidentin təqribən 80 faizlik etimad reytinqləri cəmiyyətin kriminala qarşı mübarizədə hansısa nəticələri gördüyünə işarə deyil. Bu, daha çox insanların dəyişiklik ümidi və sosial proqramlara inamının göstəricisidir. Amma ümid - yaxşı müttəfiq deyil. Qarşı tərəfdə milyonlarla dollarla maliyyələşən, hərbi strukturlar kimi təşkilatlanmış və cəmiyyətin, iqtisadiyyatın, dövlət aparatının bütün qatlarına sızmış kartellər dayanır.

ABŞ bir tərəfdən Meksikanı səmərəsizlikdə qınayır, digər tərəfdən isə şimaldan silah axınına göz yumur. Meksika hakimiyyəti isə sonadək suverenitetini qorumağa çalışır. Amma real vəziyyətin sahibləri - kartellərdir. Onlar çoxdan sadəcə "narkokartel" deyillər. Bu gün söhbət kartel korporasiyalarından, kartel hökumətlərindən, kartel məhkəmələrindən və kartel repressiya orqanlarından gedir. Faktiki olaraq, Meksikanı onlar idarə edir.

Bu günə qədər isə heç kim vəziyyəti dəyişə biləcək real plan təqdim etməyib. Ölkə taleyüklü yolayrıcında dayanıb: ya öz "ikinci mən"inə çevrilmiş kölgəni məğlub etməyin yolunu tapacaq, ya da əbədi olaraq Kartel Federasiyası olaraq qalmaq riskinə gedəcək - qanunun mövcud olduğu, amma hökmün qanunsuzluq tərəfindən verildiyi dövlət.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri