Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı necə alındı? Ankaradan REPORTAJ

Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı necə alındı? Ankaradan REPORTAJ

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə... 2016-cı ilin 15 iyulu... Məhz bu tarixdə Türkiyə və türk xalqının həyatında dönüş nöqtəsi oldu, çünki dövlət çevrilişinə cəhd türk xalqının qətiyyətli müqaviməti nəticəsində dəf edildi. Dövlət qurumlarını və xalqı hədəf alan bu qiyam cəhdi zamanı 251 vətəndaş şəhid, 2733 vətəndaş isə qazi oldu.

Həmin gecədə baş verən hadisələrin, türk xalqının göstərdiyi qəhrəmanlığın, azadlıq və demokratiyaya sədaqətin gələcək nəsillər tərəfindən unudulmamasını təmin etmək üçün paytaxt Ankarada 15 İyul - Demokratiya Muzeyi inşa edilib. Muzeydə dövlət çevrilişinə cəhdin dəqiq izah edilməsi üçün ətraflı məlumat verilir.

Muzeydə "Türkiyə və dünyada çevrilişlər", "Bir güllənin təhdidi", "qaranlığa atılmaq", "ən uzun gecə", "iz qoyanlar", "Səla", "Şəhidlərə hörmət" və "demokratiya növbətçiləri" adlı hər hadisəyə uyğun səkkiz tematik zal mövcuddur. Bu zallarda 15 iyul gecəsində yaşanan hadisələr, türk xalqının qiyamçılarla mübarizəsi, çevrilişə gedən yolda aparılan hazırlıqlar barədə məlumatlar verilir. Muzey 65 640 kvadratmetr sahəyə malikdir. Ziyarətçilər muzeydən çıxdıqdan sonra açıq sərgi sahəsi kimi nəzərdə tutulan 15 İyul Şəhidlər Abidəsinə çata bilirlər.

Biz də Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşəbbüsü ilə təşkil olunan 15 İyul - Demokratiya və Milli Birlik Günü çərçivəsində Ankaradakı 15 İyul muzeyini ziyarət etdik. Lakin bu səfər adi bir muzey gəzintisindən daha artıq idi, çünki həmin gecənin əzab-əziyyəti, xalqın mübarizəsi və şəhidlik zirvəsinə yüksələn insanların xatirəsi gəzintinin hər anında bizi müşayiət edirdi. Çünki 15 İyul muzeyi təkcə bir sərgi mərkəzi deyil, həm də kollektiv bir milli yaddaşdır.

Muzeyin memarlığı belə bu mənanı daşıyır. Torpağın altında inşa edilən bu kompleks "Demokratiya növbətçiləri" salonunun günbəzi ilə yer səthinə çıxır. Sanki bu dizayn xalqın mübarizə əzmi ilə zülmətdən işığa çıxmasını təmsil edir. Ümumilikdə isə muzeydə səkkiz əsas tematik zal mövcuddur ki, bu barədə yuxarıda məlumat vermişik.

Muzeyin hər zalında insan fərqli bir hiss yaşayır. Bir növ həmin günə canlı şahidlik edirsən. "Ən uzun gecə" zalınsəda tank səsləri eşidilir, "Səla" zalında həmin gecə oxunan dualar, Quran ayələri, minarələrdən ucalan səslər səni həmin tarixi anlara aparır. "Şəhidlərə hörmət" bölməsi səssiz-səmirsiz bir ziyarətgah kimidir, sadəcə adlar, şəkillər və şəxsi əşyalar... Burada hər şey danışır, amma sükutla, dinmədən...

Muzeyin direktoru Ali Haydar Atalar Oxu.Az-a açıqlamasında bildirib ki, xalqın milli müstəqilliyə və demokratiyaya sahib çıxması FETÖ-nün qanunsuz fəaliyyətinə və xəyanətinə əsl cavab idi:

"Daha əvvəlki çevriliş cəhdlərində idarəetmə əl dəyişdirərkən, siyasətçilər edam və ya məhkum edilərkən, bu çevriliş cəhdində güclü lider və bu lider ətrafında birləşən əziz millət çevrilişçilərin planlarını puça çıxardı".

"Dünyanın bir çox ölkələrində dövlət çevrilişlərinə cəhdlər olub. 15 iyulda xalqın çevriliş cəhdinin qarşısını alması həm də bütün dünyaya milli idarəetməyə sahib çıxmağın necə olduğunu göstərdi", - deyə direktor bildirib.

Muzey təkcə hadisələri deyil, bu çevriliş cəhdinin arxasındakı planlar və şəxslər haqqında da məlumat verir. Qeyri-qanuni fəaliyyətləri, dövlətə sızma mexanizmləri, illərlə qurulmuş məkrli planlar interaktiv ekranlarda və sənədlərdə ziyarətçilərə təqdim olunur. Bu, həm də bir xəbərdarlıqdır: tarix təkcə keçmiş üçün deyil, gələcək üçün də danışmalıdır.

Muzeyin çıxışında açıq sərgi sahəsi olan əraziyə doğru addımlayırıq. Yolun sonunda 15 İyul - Şəhidlər Abidəsi yüksəlir. Bu yolla keçərkən başa düşürsən ki, azadlıq sadəcə bir hüquq deyil, bəzən ömür bahasına qorunan bir dəyərdir.

Bu səfər həm də onu göstərdi ki, demokratiya sadəcə seçki günü deyil, həm də hər bir vətəndaşın hər zaman göstərdiyi mübarizə ilə qoruyub, saxladığı bir dəyərdir. Ona görə də bu divarlar arasında yalnız tarix deyil, həm də bir millətin qoruduğu gələcək yatır.

Tarixi yazanlar qədər, onu xatırladanlar da məsuliyyət daşıyır - unutdurmamaqla.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 İyul 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see242

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see214

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see214

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see214

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see207

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see205

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see175

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see157

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see153

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see147

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see140

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see139

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see138

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see138

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see137

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri