Icma.az
close
up
RU
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı

Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ali Məhkəmədə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri Lütfi Qədirov və birlikdə təqsirləndirilən orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Lütfi Qədirovun kassasiya şikayətləri qismən təmin edilib, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib və onun cəzası 11 ildən 9 il 6 aya endirilib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq orkestr rəhbəri 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyi tərəfindən ona qarşı qaldırılan 355 min manatlıq mülki iddia da təmin edilib. Lütfi Qədirovla birlikdə təqsirləndirilən orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova isə şərti cəza alıb. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə onların və zərərçəkmişin apellyasiya şikayətini təmin etməyib.

Qeyd: Lütfi Qədirov 2020-ci ilin iyulunda Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 311.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunub. Rəsmi ittihama görə, L.Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edilib. Onun Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-2020-ci illərdə işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Fevral 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see190

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see170

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see158

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see131

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see126

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see126

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see122

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see122

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see117

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see117

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see116

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see116

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see116

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see115

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see115

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see114

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see114

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see113

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see113

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri