Icma.az
close
up
RU
Qızıl girov qoyarkən nələrə diqqət etməli? Aldanmamaq üçün HÜQUQİ TÖVSİYƏLƏR

Qızıl girov qoyarkən nələrə diqqət etməli? Aldanmamaq üçün HÜQUQİ TÖVSİYƏLƏR

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son vaxtlar bazarda qızılın sürətlə bahalaşdığını müşahidə edirik. Bu bahalaşma fonunda qızıl girovları ilə bağlı vəziyyət ürəkaçan deyil. İnsanlar qızılın girov kimi bazar qiymətindən çox az qiymətləndirildiyini iddia edirlər. Faizlər yüksək, qiymətləndirmə az olduqda isə əsasən vətəndaşlar əziyyət çəkirlər. Məlumat üçün bildirək ki, hazırda bazarda qızılın bir qramının qiyməti əyarına uyğun olaraq, 107-128 manat arasında dəyişir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Lombardlar qızılın qramını neçəyə dəyərləndirir?

Maraqlıdır, lombardlar qızılı hazırda girov kimi neçəyə dəyərləndirir?

Əgər sizin lombarda girov qoymaq istədiyiniz qızıl 583 əyardırsa, qramı 85 manata, 750 əyardırsa, 95 manata götürülür. Yəni, siz lombarda 583 əyarlı 30 qram qızıl girov göstərirsinizsə, sizin qızılınız 2850 manat dəyərləndirilir, o qızılı bazarda satmaq istəsəniz, 3210 manata sata bilirsiniz. Daha önəmli məqam isə odur ki, girov qoyulduqdan sonra qızılın qiyməti nə qədər artsa da, bu, sizin girov kimi təqdim etdiyinizə təsir etmir, qiymət dəyişmir.

Bank olmayan kredit təşkilatları da hazırda bazarda qızılı eyni məbləğlə qiymətləndirirlər. Üstəlik, onlar minimum 17 qram qızıl götürür, 1500 manat pul ayırır. Siz bu borcu illik 17 faizlə qaytarırsınız.

Banklar da vətəndaşlara girov qarşılığında kredit təklif edirlər. Maksimum 50 min manata qədər 36 aylıq kredit verirlər. Bankaların illik faiz dərəcəsi 21 faizdən başlayır.

"Likvid qiymətə" realizə olunur

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, lombardlar qızılın qramını bazar dəyərindən təxminən 10-15% aşağı qiymətlə dəyərləndirirlər: "Lombardların tətbiq etdiyi qiymətləndirmə metodu fərqlidir. Bu fərqin səbəbi riskin idarə olunmasıdır. Belə ki, əgər vətəndaş ödənişlərini vaxtında etməzsə, xüsusilə iki ay ərzində borc bağlanmazsa, həmin qızıl lombard tərəfindən satışa çıxarılır və "likvid qiymətə" realizə olunur. Yəni, qızılın sürətlə satıla biləcəyi qiymət əsas götürülür".

3500 dollara qədər yüksələ bilər

Mütəxəssis bildirir ki, buna qarşılıq olaraq, banklar qızılı bazar dəyərinə yaxın qiymətlə qiymətləndirirlər və daha şəffaf sistem tətbiq edirlər: "Hazırda bazarda 999 əyarlı saf qızılın bir qramının qiyməti təxminən 177 manat, yəni təqribən 104 ABŞ dollarıdır. Bu göstərici beynəlxalq qızıl bazarlarında formalaşan qiymətə əsaslanır və gündəlik dəyişə bilər. Müxtəlif əyarlı qızılların qiymətləri isə həm yerli, həm də xarici bazarlarda fərqlənir. Məsələn: 583 əyarlı qızıl yerli bazarda bir qram üçün təxminən 100 manat, xarici bazarda isə 107 manat, yəni təxminən 63 ABŞ dolları dəyərindədir. 750 əyarlı qızıl isə yerli bazarda 125-128 manat, xarici bazarda 82-83 dollar səviyyəsində qiymətləndirilir. Qızılın qiyməti son aylarda kəskin şəkildə artmaqda davam edir. Ötən ilin mart ayında bir qram qızılın qiyməti 68-72 manat civarında idisə, altı ay sonra bu rəqəm 80-85 manata qədər yüksəlib. Hazırda bir unsiya (təxminən 31,1 qram) qızılın dünya bazar qiyməti 3250 ABŞ dollarına çatıb. Bu rəqəm yaxın aylarda 3500 dollara qədər yüksələ bilər".

Zinyət əşyaları girov qoyulduqda...

V.Orucun sözlərinə görə, qızıl girov kimi qoyularkən zinət əşyası kimi yox, saf qızıl kimi qiymətləndirilir: "Çünki likvidlik - yəni, tez bir zamanda satıla bilmə qabiliyyəti - əsas faktorlardan biridir. Girov saxlayan qurumlar üçün qızılın əl işi və ya zinət əşyası olub-olmaması vacib deyil, əsas olan onun tərkibindəki saf qızılın miqdarıdır. Bu səbəbdən də, zinət əşyaları girov qoyulduqda onların estetik və sənətkarlıq dəyəri nəzərə alınmır, yalnız tərkibindəki qızılın çəkisinə və əyarına əsasən qiymət verilir. Bu da vətəndaşların gözlədiklərindən daha aşağı məbləğdə girov dəyəri ilə qarşılaşmalarına səbəb olur".

Hüquq nə deyir?

Lombardlarla bağlı problemlər yaşayan, kifayət qədər borcları yaranan insanlar var. Kimisi iki min manat kredit götürüb, 45 min manat ödədiyini deyir, kimisi girov kimi qoyduğu qızılların ona qaytarılmadığını, kimisi oğurlandığını bildirir. Bəs hüquqi baxımdan vətəndaş qızılı girov qoyarkən nələrə diqqət etməlidir?

Hüquqşünas Anar Abdullayev deyir ki, qızılı yalnız Mərkəzi Bank və ya Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən rəsmi lisenziya verilmiş bank, bank olmayan kredit təşkilatına və ya lombardlara girov qoymaq tövsiyə olunur: "Əsas məqamlardan biri odur ki, həmin qızılın çəkisi və keyfiyyəti (karatı) düzgün qiymətləndirilməlidir. Bunun üçün müstəqil qiymətləndiricinin iştirakı və müvafiq cihazların istifadə olunması zəruridir. Girov qoyulan zaman tərəflər arasında mütləq yazılı müqavilə imzalanmalı və həmin müqavilə detallı olmalıdır. Müqavilədə girovun dəyəri, müddəti, faiz dərəcəsi, gecikmə halları və geri qaytarma şərtləri dəqiq yazılmalıdır. Girov qoyulan əşyaya dair sənəd vətəndaşda saxlanmalıdır".

Girov qoyulması zamanı vətəndaşların hüquqlarının qorunması məsələsinə gəldikdə, həmsöhbətimiz bildirir ki, Mülki Məcəlləyə əsasən, girov müqaviləsi tərəflər arasında hüquq və öhdəlikləri müəyyən edir: "Əgər girov bank və ya maliyyə qurumuna qoyulursa, istehlakçı hüquqlarını qoruyan qanunlar tətbiq olunur (məsələn, devalvasiya riski, faizin yuxarı həddini keçməmək və s.). Qeyd edilən prosedurlar üzrə tərəflərin hər hansı bir hüquqları pozulursa, onlar aidiyyəti məhkəməyə müraciət edə bilər. Eyni zamanda girov müqaviləsində üçüncü tərəf zamin qismində çıxış edirsə, onun da məlumatlandırılması zəruridir. Ölkədə fəaliyyət göstərən lisenziyalı qurumlarda bu proses daha şəffafdır. Lombardlarda isə şəffaflıq səviyyəsi fərqli ola bilir. Bəzi lombardlar qeyri-rəsmi fəaliyyət göstərə və ya müştəriləri aldatmaq riskləri daşıya bilirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyun 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see121

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see120

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see117

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see113

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see113

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see111

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see111

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see111

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see109

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri