Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi Fotolar

Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ötən gün “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Qobustan rayonunda icrasının təmin edilməsi istiqamətində görülən işlərlə yerində tanış olunub.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədilə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Azərbaycan Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov, aidiyyəti dövlət qurumlarının nümayəndələri rayon ərazisində fəaliyyət göstərən sahibkar və fermer təsərrüfatlarına baş çəkiblər.

Görüş çərçivəsində sahibkarlar Cəfərov Vahid İsa oğlunun, “Bolluq-E” MMC-nin və fiziki şəxs Zümürxanov Həsən Məhəmməd oğlunun təsərrüfatlarında görülən işlərlə yerində tanış olunub.

Təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının istehsalı, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın artırılması, su təminatı, müasir aqrotexnologiyaların tətbiqi və istehsal imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Fermer və sahibkarlarla görüşlər zamanı onların fəaliyyətləri, qarşılaşdıqları çətinliklər və gələcək inkişaf planları müzakirə edilib, kənd təsərrüfatının inkişafı üçün mövcud imkanlardan daha səmərəli istifadə olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Daha sonra Qobustan Rayon İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkar və fermerlərin, Qərargah üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşün əsas məqsədi Dövlət Proqramı çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumatları diqqətə çatdırmaq, fermer və sahibkarların təkliflərini dinləmək və mövcud məsələlərin həlli istiqamətində birgə tədbirləri müəyyənləşdirmək olub.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, fermerlərin fəaliyyətinin dəstəklənməsi və aqrar sahədə müasir texnologiyaların tətbiqi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Qobustan rayonunda kənd təsərrüfatının inkişafı üçün mövcud torpaq və təbii resurslardan səmərəli istifadə olunması, məhsuldarlığın artırılması, su təminatının yaxşılaşdırılması və müasir suvarma sistemlərinin tətbiqi, heyvandarlığın cins tərkibinin və məhsuldarlığının yüksəldilməsi əsas prioritet istiqamətlərdəndir. Bu məqsədlə fermer və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onların qarşılaşdıqları problemlər araşdırılır və aidiyyəti qurumlarla birgə həlli istiqamətində tədbirlər görülür.

Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov çıxışında Dövlət Proqramının ölkənin aqrar potensialından daha səmərəli istifadə olunması, kənd təsərrüfatı məhsullarının istehsalının və emalının artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Ağa-Əli Əhmədov bildirib ki, Dövlət Proqramında müəyyən edilmiş hədəflərin yerlərdə uğurla icrası dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, fermerlər və sahibkarlar arasında səmərəli əməkdaşlığın qurulmasını zəruri edir. Qobustan rayonunda kənd təsərrüfatının inkişafı üçün mövcud potensialın tam reallaşdırılması, istehsalın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə sahibkar və fermerlərin təklifləri dinlənilib, onların qarşılaşdıqları məsələlər müzakirə olunub. Aidiyyəti qurumların nümayəndələri tərəfindən səsləndirilən məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilib












Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Sentyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri