Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Dövlət qulluğu: məsuliyyət, peşəkarlıq və müasir idarəetmə modeli

Dövlət qulluğu: məsuliyyət, peşəkarlıq və müasir idarəetmə modeli

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluğunu hər zaman xalqa xidmət missiyası kimi dəyərləndirərək bildirib ki, dövlət qulluğunda çalışmaq imtiyaz deyil, böyük məsuliyyətdir. Prezident vurğulayır ki, hər bir dövlət qulluqçusu özünü xalqın xidmətçisi hesab etməli, vətəndaşların qayğıları ilə yaşamalı, onlara diqqət və həssaslıqla yanaşmalıdır. Eyni zamanda, dövlət başçısı vəzifəsindən sui-istifadə edən, vətəndaşlara yuxarıdan aşağı baxan məmurlara qarşı ciddi mübarizə aparılacağını dəfələrlə bəyan edib.

Dövlət qulluğu hər bir ölkənin idarəetmə sisteminin əsas dayaqlarından biridir. Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar dövlət idarəçiliyinin daha şəffaf, çevik və vətəndaşyönümlü qurulmasına xidmət edir. Xüsusilə son illərdə ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı dosent Murtəza Həsənov söyləyib. O bildirib ki, müasir dövlət qulluğu sisteminin əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 2001-ci il sentyabrın 1-də "Dövlət qulluğu haqqında" Qanun qüvvəyə minib, sonrakı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl islahatlar həyata keçirilib. 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin yaradılması dövlət qulluğuna qəbul prosesinin daha şəffaf və obyektiv əsaslarla təşkilinə imkan verib.

Onun sözlərinə görə, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi bilavasitə dövlət qulluqçularının peşəkarlığından asılıdır. Son illərdə kadr seçimi, fəaliyyətin qiymətləndirilməsi və insan resurslarının idarə olunması sahəsində tətbiq olunan müasir mexanizmlər dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verib. Rəqəmsallaşma prosesinin sürətlənməsi, elektron xidmətlərin genişləndirilməsi və innovativ idarəetmə metodlarının tətbiqi bu sahədə əldə olunan uğurların əsas istiqamətlərindəndir.

Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib. BMT Baş Assambleyasının 23 iyun tarixini Dövlət Qulluğu Günü elan etməsi nəzərə alınaraq, həmin gün ölkəmizdə də dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Müsahibimiz vurğulayıb ki, müstəqillik illərində hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində dövlət idarəetmə sistemi daha çevik və funksional xarakter alıb. Dövlət orqanlarının fəaliyyət istiqamətləri dəqiqləşdirilib, idarəetmədə şəffaflığın və səmərəliliyin artırılması məqsədilə struktur dəyişiklikləri həyata keçirilib. Dünyada olduğu kimi, Azərbaycanda da rəqəmsal texnologiyalar dövlət idarəçiliyinin əsas inkişaf istiqamətlərindən birinə çevrilib. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində elektron hökumət sistemi formalaşıb, dövlət xidmətlərinin göstərilməsi daha operativ və əlçatan olub. Prezident İlham Əliyevin 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etməsi bu sahəyə verilən xüsusi diqqətin göstəricisidir.

“Elektron hökumət platforması və "ASAN xidmət" modeli dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsi yaradıb. "ASAN xidmət" dövlət xidmətlərinin vahid məkanda, şəffaf və operativ qaydada göstərilməsini təmin etməklə vətəndaş məmnunluğunun yüksəlməsində mühüm rol oynayır. Bu model artıq beynəlxalq səviyyədə də uğurlu təcrübə kimi qəbul olunur.

Dövlət idarəçiliyində aparılan son islahatlardan biri də əməkhaqqı sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin 19 mart 2026-cı il tarixli qərarları dövlət qulluqçularının əməkhaqqı sisteminin daha vahid və şəffaf prinsiplər əsasında formalaşdırılmasına yönəlmişdir. Yeni model əməkhaqqının baza maaşı, ixtisas dərəcəsinə görə əlavələr, iş şəraitinə və əlavə iş saatlarına görə ödənişlər əsasında müəyyən edilməsini nəzərdə tutur.

Beynəlxalq təcrübə göstərir ki, dövlət qulluqçularının sabit və şəffaf gəlirlə təmin olunması korrupsiya risklərinin azalmasına, idarəetmədə səmərəliliyin və məsuliyyətin artmasına xidmət edir. Bu baxımdan yeni əməkhaqqı sistemi dövlət sektoruna peşəkar və savadlı kadrların cəlb olunmasına, onların fəaliyyətinin daha səmərəli təşkilinə şərait yaradacaq”, - deyə o əlavə edib.

M.Həsənov qeyd edib ki, bu gün Azərbaycan dövlət qulluğu sistemi müasir idarəetmə prinsiplərinə əsaslanan, peşəkarlığı və şəffaflığı prioritet hesab edən inkişaf mərhələsini yaşayır. Həyata keçirilən islahatlar dövlət idarəçiliyinin daha dayanıqlı və effektiv modelə çevrilməsini təmin edir. Dövlət qulluqçularının peşə bayramı isə bu sahədə çalışan insanların əməyinə verilən yüksək qiymətin ifadəsi olmaqla yanaşı, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri