Icma.az
close
up
RU
Dövlət qulluğuna qəbul imtahanında hüquqa zidd addımlar atılıb?

Dövlət qulluğuna qəbul imtahanında hüquqa zidd addımlar atılıb?

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qanunvericilik fənni üzrə tanınmış müəllim Turan Məmmədlinin may ayında dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanlarda Dövlət İmtahan Mərkəzi tərəfindən hüquqa zidd addımlar atılması barədə açıqlaması gündəm olub.

Pravda.az xəbər verir ki, T.Məmmədli imtahanda iştirak edən şəxslərin bir qisminə əvvəllər sosial şəbəkələrdə geniş müzakirə olunan, əvvəlki imtahanlara salınmış, hər kəsin bildiyi sual nümunələrinin təqdim olunduğunu, bununla da yüksək sertifikat əldə etdiklərini iddia edib.

“Bu isə imtahanlarda iştirak edən digər şəxslərlə münasibətdə bərabərlik prinsipinin pozulması üçün əsaslardan biridir. İmtahanların ədalətli, şəffaf, operativ həyata keçirilməsini təmin etməli olan qurum — DİM bu hüquqa zidd əməlləri ilə onların yüksək sertifikat əldə etmələrinə səbəb olub. Bu, növbəti mərhələlərdə, müsahibələrdə digər şəxslərin hüquqlarının daha da pozulmasına səbəb olacaq. Belə ki, yüksək sertifikat əldə etmiş namizədlər müsahibə mərhələsində ilk olaraq dövlət qulluğuna qəbul imkanı əldə edir. Bu məsələlərin belə formada əks olunması göstərir ki, DİM imtahanlarda müəyyən kateqoriyalı şəxslər üçün müəyyən formalı sual nümunələri təqdim edərək, onların sertifikat əldə etmələrinə səbəb olub. DİM hüquqa zidd əməllərinə son qoymalı, bu məsələ ilə əlaqədar izahat verməlidir. Bildirməlidir ki, nə üçün sosial şəbəkələrdə kifayət qədər müzakirə olunan, “Youtube” və digər sosial platformalarda əks olunmuş sualları həmin namizədələrə təqdim edərək onların yüksək sertifikat əldə etmələrinə səbəb olub?” - o bildirib.

Turan Məmmədlinin fikirlərinə sosial şəbəkələrdə dəstək şərhləri yazılıb.

Məsələ ilə bağlı Pravda.az DİM-ə sorğu ünvanlayıb.

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 May 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see129

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see126

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see125

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see125

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see125

Gərginləşən Rusiya Azərbaycan münasibətlərinin əsl səbəbi… Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)

04 İyul 2025 19:22see121

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see121

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see118

Benzin mühərrikdən imtina edən şirkətin satışları 98 faiz azaldı

04 İyul 2025 17:49see118

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see117

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see117

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see116

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

04 İyul 2025 23:35see114

Şəmkirdə 3 nəfər göldə boğuldu

04 İyul 2025 18:10see114

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see112

Rus menecerləri kim öldürür? Son 3 ildə 17 si ölüb

04 İyul 2025 16:27see111

BŞİH Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piketlə bağlı müraciəətinə cavab verib

04 İyul 2025 18:20see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri